Yardımlıda yazıçı-romanist, Qarabağ veteran Hacı Qəni Camalzadənin “Seçilmiş əsərləri” Onbeşcildliyinin növbəti təqdimatı baş tutub
7 may 2025-ci il tarixdə Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında oxucularla birlikdə yazıçı-romanist, Qarabağ veteran Hacı Qəni Camalzadənin “Seçilmiş əsərləri” Onbeşcildliyinin növbəti təqdimatı təqdimatı keçirilib.
Öncə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MKS-in direktor əvəzi Mehman Xanızadə tədbir iştirakçılarını salamlayaraq adı çəkilən kitabların işıq üzü görməsi münasibətilə müəllif Hacı Qəni Camalzadəni təbrik edib.
Kitabxananın əməkdaşı Şahbaz İsmayılov yazıçının həyat və yaradıcılığı haqqında oxuculara məlumat verib.
Yazıçı Hacı Qəni Camalzadə çıxış edərək yeni kitabında müasirlərimizin həyatda rast gəldikləri çətinliklərdən, onların dövr- zaman, sosial ədalət, ailə dəyərləri haqqında bəhs edildiyini oxucuların nəzərinə çatdırıb.
Yerli yazarlardan Sakit İlkin, Fikrət Şahbazov, İqbal Nəhmət yeni işıq görən seçilməşlər bağlı öz fikirlərini bildirib və yazıçıya yeni yaradıcılıq uğurları arzulayıblar.

