“Bakıdakı zibil qutuları problemi: Əlimizdəki zibilləri hara ataq?” YYSİB sədri, yazıçı-kulturoloq, ictimai və mədəniyyət xadim Aydın Xan Əbilovun sorğudakı sərt cavabı…

“Bakıdakı zibil qutuları problemi: Əlimizdəki zibilləri hara ataq?”

YYSİB sədri, yazıçı-kulturoloq, ictimai və mədəniyyət xadim Aydın Xan Əbilovun sorğudakı sərt cavabı…

Bakı şəhərinin küçə və prospektlərinin əksəriyyətində zibil qablarına rast gəlinmir. Bu isə sakinlərin və qonaqların əllərindəki tullantıları atmaq üçün yer tapmadıqlarından onları yerə atmaları ilə nəticələnir. Siqaret çəkənlər üçün bu hal, çox zaman cərimələnmə ilə yekunlaşır.

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun da fikirlərini öyrəndik.

O, xeberver.az-a bildirib ki, paytaxtın bir çox ərazilərində, o cümlədən şəhər mərkəzində və ətrafında zibil qablarının çatışmazlığı ciddi problemdir. Onsuz da ölkədə məişət və sənaye tullantılarının çeşidlənməsi, onlara uyğun zibil qablarının yerləşdirilməsi məsələsində problemlər qalmaqdadır. Bu çatışmazlıqlara əlavə olaraq, qanunvericilikdə edilən dəyişikliklər də vətəndaşların narazılığına səbəb olur. Belə ki, siqaret kötüyünü yerə atan şəxslər yüksək məbləğdə cərimələnirlər. Halbuki əgər yaxınlıqda zibil qabı yoxdursa, bu məsuliyyət təkcə vətəndaşların deyil, şəhər təsərrüfatı qurumlarının rəhbərlərinin və digər aidiyyəti məmurların da üzərinə düşür. Onlar da bu məsələyə görə ciddi şəkildə məsuliyyət daşımalıdırlar.

Saida Valiyeva

https://xeberver.az/index.php?newsid=251

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir