Şəhidlərə və müqəddəslərə həsr olunmuş növbəti möhtəşəm tədbir

8 fevral 2025-ci il tarixində, ictimai xadim, araşdırmaçı-publisist, ilahiyyatçı,
“Mədəni Niyyət” qəzetinin təsisçi və baş redaktoru
Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarının bütövləsməsi, dövlət müstəqilliyimiz və Qarabağ torpaqları uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin növbəti məclisi baş tutdu.


Budəfəki tədbir, eyni zamanda, fevral ayının müxtəlif əlamətdar gününə təsadüf edirdi: Allahın və İslam dininin sonuncu peyğəmbəri Həzrəti Məhəmməd (s) ocağının övladları İmam Hüseyn (s), İmam Zeynalabidin, Həzrəti Əbəlfəzlil Abbas və İmam Zamanın (ə.f) səadətli mövludları ilə üst-üstə düşdüyündən, məclisdəkilərin ürəyindən xəbər verirdi.


Mənəvi dəyərlərə həsr olunmuş məclis Allahın müqəddəs kəlamı – “Qurani-Kərim”dən müxtəlif ayələrin oxunuşu ilə başladı.
Sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra ilahi musiqi sədaları altında mədəni-ictimai proqramla davam etdirildi.


Məclisi giriş sözü ilə açan ictimai xadim Hacı Rahim İsmayılov şəhid analarını, onların ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamladı, tədbirin məramı haqqında məlumat verdi.
Tədbir ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıçılar, tanınmış ictimai xadimlər, televiziya aparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri çıxış etdilər.


Tanınmış vəkil, fəxri hüquq doktoru, ictimai xadim Şəfiqə Nağıyeva, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Vətən Qəhrəmanları Cəmiyyətinin rəhbərlərindən Ədhəm Məmmədov, Nərmin Səfərova, Hacı İlham Əziz, jurnalist və aparıcılardan Nuranə Gülər Könül Qasımova, Könül Quliyeva, ilahiyyatçı Səfa Ana, Zaur Quliyev, İradə Nurəddinqızı, Vəfa Rzayeva və digər qonaqlar öz çıxışlarında Prezident İlham Əliyev apardığı uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq xalq -rəhbər birliyinin zirvəsi sayılan Qarabağ müharibəsində qazanılan Zəfəri yüksək dəyərləndirdilər.
Tədbirin xüsusi qonaqları sayılan şəhid analarının, qazilərin çıxışı məclisə daha da mötəbərlik verdi.
Balacalara ünvanlanmış öyrədici-məlumatlandırıcı sual-cavab hissəsi də istirakçıların ürəyincə oldu.
Sonda qonaqlara, şəhid analarına və iştirakçılara müxtəlif hədiyyələr verildi.
Milli-mental dəyərlərə sosial-mənəvi dəstək verdiklərinə görə, bir neçə tele-aparıcı, jurnalist, ictimai xadim, sosioloq, ilahiyyatçı və din xadimi “Mədəni Niyyət” media orqanı tərəfindən “İlin Fəxri Diplom” ilə təltif olundu.
Möhtəşəm tədbir ehsan süfrəsi ilə davam etdi.
Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir