“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi”: YYSİB-nin layihəsinin Lənkəran şəhərində ikinci təqdimat tədbirinin videosu
YYSİB-nin Kulturoloji-ideoloji layihənin Lənkəran şəhərində ikinci təqdimat tədbiri
Dekabrın 16-da Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsinin tanıtımı, eləcə də üçaylıq məhsuldar fəaliyyətlərin nəticəsi olaraq çap edilmiş toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də eyniadlı sənədli video-filmin təqdimat mərasimi baş tutdu.
Dövlət Himninin canlı səslənməsi ilə başlanan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat və tanıtımdan ibarət tədbiri 3 saylı tam orta məktəbin direktoru İlkin Yaqubov açaraq Bakıdan gələn qonaqları, rəsmi şəxsləri salamladı, aktual məsələlərə həsr olunmuş layihəni alqışladığını bildirdi. Layihə haqqında məlumat vermək üçün söz YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi.
Fəaliyyətlər çərçivəsində yenicə çap olunan “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı toplu, onun elektron variantı, hazırlanan silsilə 10 e-nəşr və eyniadlı sənədli videofilm barədə məlumat verən A.X.Əbilov çıxışında bildirdi ki, oktyabrın 1-dən dekabrın sonuna qədər neo-maarifləndirilmə istiqaməti üzrə həyata keçirilən layihənin çoxistiqamətli fəaliyyət formaları ilə yeni nəslə kreativ ictimai-mədəni, ideoloji-informativ dəstək verməklə, gənclər arasında milli-mənəvi dəyərləri fərli formalarda təbliğ etməyə çalışırlar.
Daha sonra tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Cənub Regional İdarəsinin Lənkəran rayon sektorunun məsul əməkdaşı Cəmil Axundzadı, YYSİB sədrinin müavini, sosial məsələlər üzrə ekspert Ramal Əliyev, təşkilatın Lənkəran şəhər şöbəsinin sədri, tarixçi-alim, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova və başqaları bildirdilər ki, bu aktual layihənin modelin ilkin olaraq yaradılması nəzərdə tutulan Lənkəran rayonunda keçirilməsi, eləcə də yeni nəsil nümayəndələrini, İnternet – sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələrindəki gəncləri əhatələməklə, milli-mənəvi, ideoloji işlərin aparılması yüksək dəyərləndirilməlidir.
Çıxışçılar vurğuladılar ki, İnternet, yeni media, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir ideoloji platformada birləşdirmək mümkündür. Son illər İnternet – sosial media və şəbəkə, müxtəlif vizual-virtual platformalardan aşırı dərəcədə yad ideoloji-mədəni, dini-mənəvi təsirlərə məruz qalan gənclərimizin təlim və tərbiyəsində, ölkəmiz, xalqımız üçün gərəkli şəxsiyyət olaraq formalaşmasında Ulu Öndərin bizə miras qoyduğu tarixi əhəmiyyətli unikal irsinin, Vətənsevərliyin, Azərbaycançılığın rolu əvəzsizdir. Gənclərimizin, xüsusən də məktəblilərin yad təsirlərdən qorumaq üçün əsl milli düşüncə, inam, öyrətmə mənbəyi kimi Ulu Öndərin zəngin və dəyərli irsinindən yararlanmaq çox vacibdir.
Sonra məktəbə 200-ə yaxın yeni kitablar hədiyyə edildi, video-film nümayiş olundu. Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevin aforizmlərindən nümunələri oxudular, xatirə fotoşəkilləri çəkildi.
Hidayət – Ayxan Əbilli,
YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr, Analitik-İnformasiya Bölümü rəhbəri

