“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” layihəsinin Lənkəran şəhərində ikinci təqdimatı

Dekabrın 16-da Lənkəran şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsinin tanıtımı, eləcə də üçaylıq məhsuldar fəaliyyətlərin nəticəsi olaraq çap edilmiş toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də eyniadlı sənədli video-filmin təqdimat mərasimi baş tutdu.

Dövlət Himninin canlı səslənməsi ilə başlanan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Təqdimat və tanıtımdan ibarət tədbiri 3 saylı tam orta məktəbin direktoru İlkin Yaqubov açaraq Bakıdan gələn qonaqları, rəsmi şəxsləri salamladı, aktual məsələlərə həsr olunmuş layihəni alqışladığını bildirdi.

Layihə haqqında məlumat vermək üçün sözü YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verildi. Fəaliyyətlər çərçivəsində yenicə çap olunan “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı toplu, onun elektron variantı, hazırlanan silsilə 10 e-nəşr və eyniadlı sənədli videofilm barədə məlumat verən A.X.Əbilov çıxışında bildirdi ki, oktyabrın 1-dən dekabrın sonuna qədər  yeni nəslin neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilən layihənin çoxistiqamətli fəaliyyət formaları ilə yeni nəslə kreativ ictimai-mədəni, ideoloji-informativ dəstək verməklə, gənclər arasında milli-mənəvi dəyərləri fərqli formalarda təbliğ etmək nəzərdə tutulub.

Layihənin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələri üçün yaradılması nəzərdə tutulan modern ideoloji-beyin modelini formalaşdırmaq, təcrübə olaraq gələcəkdə bütün respublika, eləcə də 60 milyonluq Azərbaycanlılara ünvanlanmış kulturoloji-mənəvi təşəbbüslər formatı kimi hazırlamaqdır.

Görkəmli dövlət xadimi, peşəkar siyasətçi, üzün müddət Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin dəyərli həyat və məhsuldar faəliyyəti, çağdaş tariximizdəki dövlətçilik missiyası 60 milyonluq soydaşmız, eləcə də yeni nəsil nümayəndələri, gənclərimiz üçün əsl ideoloji-mənəvi sərvətdir. Son illər İnternet – sosial media və şəbəkə, müxtəlif vizual-virtual platformalardan aşırı dərəcədə yad ideoloji-mədəni, dini-mənəvi təsirlərə məruz qalan gənclərimizin təlim və tərbiyəsində, ölkəmiz, xalqımız üçün gərəkli şəxsiyyət olaraq formalaşmasında Ulu Öndərin bizə miras qoyduğu tarixi əhəmiyyətli unikal irsinin, Vətənsevərliyin, Azərbaycançılığın rolu əvəzsizdir. Gənclərimizin, xüsusən də idmançıların və məktəblilərin yad təsirlərdən qorumaq üçün əsl milli düşüncə, inam, öyrətmə mənbəyi kimi Ulu Öndərin zəngin və dəyərli irsinindən yararlanmaq çox vacibdir.

İnternet – qlobal informasiya dövründə bəzi boşluqları doldurmaq üçün ideoloji zəmin yaratmaq, soydaşlarımızın doğma dəyərlərə qayıdışın təməl prinsiplərini hazırlamaqla yanaşı, bu istiqamətdə İqlobal informasiya məkanında çoxsaylı saytlar, məlumatlar, kontentlər, audi-vizual və virtual məhsulların yerləşdirilməsinə böyük ehtiyac duyulur. Bu aktual istiqamətdə isə bizim bir sarsılmaz dayağımız var: o da məzarı and yerimiz, ruhu milli varlığımıza çevrilmiş, bütün şüurlu ömrünü millətimizin birləşməsinə, bütövləşməsinə, formalaşmasına, inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin ölməz irsi, çıxışları, xatirəsi, yadigar qoyduğu modern respublikamız, Azərbaycançılıq ideologiyası, qələbələrə imza atan fəlsəfi-dövlətçilik məktəbidir. İKT və İnternet zamanında vizual-virtual məhsulların geniş kütlələrə, eləcə də beynəlxalq ictimaiyyətə (avtomat tərcümə proqramları, süni intellekt, yeni İK alətləri, formatları vasitəsilə) daha tez təsirini nəzərə almaqla bu mövzuda kontentlərin – elektron kitabxana, e-nəşrlər, onlayn TV, yeni media formatları ilə bu sahədəki boşluqları doldurmaq mümkündür.

İnternet, KİV, TV, sosial şəbəkələr və yeni İKT alətləri, eyni zamanda xaricdən “ixrac edilən” ziyanlı ideoloji-mənəvi həmlələrə qarşı Ümummilli Lider Heydər Əliyevin ölməz siyasi-dövlətçilik irsi, kulturoloji dəyər kəsb edən Azərbaycançılıq, Vətənsevərlik ideyalarını, məhsuldar həyat və tarixi fəaliyyətini bir humanitar-kreativ, ruhani-əxlaqi estetik-düşüncə vasitəsinə, təsir tendensiyasına çevirməklə yeni nəslin milli ruhda böyüməsinə yardımçı olmaq mümkündür. Bu baxımdan da gənc nəslin ideoloji-mənəvi kumiri hansısa xarici lider, yaxud filosof, yazıçı deyil, məhz bütün süurlu həyatını Azərbaycanın müstəqilliyinə, inkişafına, gələcəyinə yönəltmiş Ulu Öndər Heydər Əliyev kimi dahi olmalıdır. Layihənin də əsas məqsədi bu istiqamətdə fərqli, alternativ modelin hazırlanması, təşəbbüsün yayılmasını təmin etmək üçün ideya-beyin mərkəzlərinin yaradılmasına nail olmaqdır.

Heydər Əliyevlə bağlı gənclər üçün kitabın kağız və rəqəmsal variantı hazırlanıb, bu istiqamətdə e-nəşrlərin və vizual məhsulların İnternet və sosial şəbəkələrüstü dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin əsas istiqamətlərindən biri də kulturoloji-ideoloji, kreativ-intellektual texnologiyaların – milli-mənəvi dəyər kəsb edən, tarixi-mədəni, mənəvi-ruhi əhəmiyyət daşıyan, yeni İKT alətlərindən yararlanmaqla, innovativ-kreativ təbliğat kampaniyasının gerçəkləşdirmək üçün müxtəlif fəaliyyətləri reallaşdırmaq planlaşdırılır. Ulu Öndərin ölməz irsinin tarixi proseslərin məntiqi nəticəsi kimi qabardılacaq, milli-mədəni dəyər qazanmış ictimai-mədəni, sosial-siyasi, humanitar-estetik sərvət olaraq İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılacaq.

Lənkəranda yerləşən iki orta məktəbdə “Gənclər üçün “Heydər Əliyev” innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real və virtual formatlı Mərkəz yaradılması üzərində iş aparıldığınə bildirən A.X.Əbilov məktəb kitabxanası üçün üçün müxtəlif mövzulu yeni kitablardan ibarət hər biri 100 nüsxəlik mini-kitabxana bağışlanır, sosial şəbəkələrdə layihənin və modelin ayrıca səhifəsi hazırlanıb, ardıcıl zənginləşdirilir. Elektron kitabxanada ayrıca alt-bölüm hazırlanıb, orada yeni e-nəşrlər yayımlanır. Heydər Əliyev və gənclər mövzusuna həsr olunmuş 10 e-kitab hazırlanaraq yeni nəslin istifadəsinə verilib. İnternetdə və sosial şəbəkələrdə bu rəqəmsal nəşrlərin virtual sərgisi təşkil olunub. Müxtəlif saytlarda, sosial şəbəkələrdə, video-platformalarda, e-kitabxanada mütəmadi olaraq materiallar yerləşdirilir, virtual sərgi müzakirə və debatlar keçirilir.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Cənub Regional İdarəsinin Lənkəran rayon sektorunun məsul əməkdaşı Cəmil Axundzadı, YYSİB sədrinin müavini, sosial məsələlər üzrə ekspert Ramal Əliyev, təşkilatın Lənkəran şəhər şöbəsinin sədri, tarixçi-alim, Rayon Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova və başqaları bildirdilər ki, bu aktual layihənin modelin ilkin olaraq yaradılması nəzərdə tutulan Lənkəran rayonunda keçirilməsi, eləcə də yeni nəsil nümayəndələrini,  İnternet – sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələrindəki gəncləri əhatələməklə, milli-mənəvi, ideoloji işlərin aparılması yüksək dəyərləndirilməlidir.

Çıxışçılar vurğuladılar ki, İnternet, yeni media, e-kitabxana, sosial şəbəkələr üzərindən respublikanın bütün əraziləri, eləcə də 60 milyonluq soydaşlarımıza yönəli fəaliyyətlərlə yeni nəsil nümayəndələrini vahid bir ideoloji platformada birləşdirmək mümkündür.

Daha sonra məktəbə kitablar hədiyyə edildi, video-film nümayiş olundu. Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevin aforizmlərindən nümunələri oxudular, xatirə fotoşəkilləri çəkildi.

Hidayət – Ayxan Əbilli,

YYSİB sədr müavini, İctimaiyyətlə Əlaqələr,  

Analitik-İnformasiya Bölümü rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir