Halloween” – “Hellouin” “bayramı”: mental dəyərlərimizə zidd hadisə – Ramal Əliyevin mövqeyi
31 oktyabr “Halloween”, azərbaycan dilində “Hellouin” bayramı adlanır. Əslində, bu bayram xaçpərəstlərə məxsüs bir gün sayılır. Bu bayramın əsas atributlarından biridə balqabaqdır. Odur bu “əlamətdar” günə bəzən “Balqabağ bayramı”da deyirlər. Sözügedən və biz müsəlmanlara yad olan bu dırnaqarası bayram Böyük Britaniya və İrlandaiya ərazisində yaşayan keltlərin adətlərinə əsasən yaranmışdır.
Təəssüflər olsun ki,bu dırnaqarası şeytani bayram son dönəmlər bir çox müsəlman ölkələriylə yanaşı, ölkəmizdə də qeyd edilməkdədir.
“Hellouin” bayramını qeyd edənlər əcaib geyimlər geyinir, üzlərini qorxunc rəngdə boyayır və inanırlar ki, həmən gün ”o dünya” və “bu dünya” arasında qapılar açılır. Bu bayramı qeyd edənlərin qorxunc paltarlar geyinməsi ona görədir ki, dünyaya görüşə gəlmək istəyən dünyalarının dəyişmiş yaxın qohumlarıyla gələn ziyanverici – mənfi ruhları qorxutsunlar.
Sözügedən dırnaqarası bayramın rituallarından görsəndiyi kimi və bəllidir ki, bu şeytani – mifik bir dünyabaxışdır. Təəsüfləndirici məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizdə keçirilən belə mərasimlərdə orta məktəbin aşağı yaş sinif şagirdləri də iştirak edirlər. Valideynlər isə buna çox normal yanaşırlar.
Müsəlman bir ölkənin sakinləri olaraq dərk etməliyik ki,nə dinimiz İslamda, nə də milli bayramlarımızın arasında “Hellouin”adlan bir bayram heçzaman mövcud olmamışdır.Bu dinimiz İslama və milli dəyərlərimizə zidd bir bayramdır.Bu mərasimlərdə uşağlar nəin ki,əylənmirlər hətta psixoloji travmalar alırlar.Bu bayramda iştirak edən şagirdlər bir müddət sonra “bayramın” mənfi aurasından qurtula bilmirlər.Hətta valideynlər tərəfindən psixoloqlara belə muraciət olunur.
Hər bir azərbaycanlı dini, milli-mənəvi dəyərlərinin mühafizəkarı olmalıdır. Biz Avropaya inteqrasiyanın, müasirliyin və kreativliyin əleyhinə deyilik. Fəqət, bu dəyərlər “süzgəcdən” keçdikdən sonra cəmiyyətimizə buraxılmalıdır. Şərqdə yaşayırıq, müsəlmanıq və bizim cəmiyyət spesifik cəmiyyətdir. ABŞ, Avropa üçün normal sayıla bilən bir bayram bizim üçün qəbuledilməz ola bilər. Ona görə də, bir azərbaycanlı, müsəlman olaraq mən bu bayramın cəmiyyətimizdə geniş vüsət almasının tam əleyhinəyəm. Bizim kifayət qədər mənalı, gözəl bayramlarımız mövcuddur. Qərbin lazımsız, bəzən mənasız “bayramalarını” zorla cəmiyyətimizdə təqlidinin mənası yoxdur və ictimaiyyətimiz bu istiqamətdə geniş müzakirələrə başlamalıdırlar.
Ramal Əliyev
YYSİB sədr müavini, sosial və mənəvi məsələlər üzrə ekspert

