Əhali artımının qarşısını sərt alan Qərb. Aydın Xan Əbilov dan geosiyasi mövqe
İsrail yenə Livanı dağıdır: Qərbin yaxından iştirakı ilə “HƏMAS” layihəsini işə salıb 60 min ərəbi məhv etdi, 600 mini şikəst etdi, 2 milyonu didərgin saldı. İndi də “Hizbulla” layihəsi işə salınıb, peycer-bombalarla basladı ardıyca raketlər, dronlar.
Sual olunur, Əfqanıstanda “Taliban”, orada və İraqda “əl-Qaidə”, “İŞİD”, Suriyada “İslam dövləti”, Türkiyədə “kürd kartı”, Yəməndə “Tutsilər” kimi (niyə onlar yoxdular və lazımi məqamda bir-birinə kömək etmirlər) unikal terror-projelərini isə salan Qərb-İsrail duetinə qarşı müsəlmanların intellektual-analitik müqaviməti yoxdur?!
Neft milyardları və əhali artımı Qərbi yaman düşündürür və “İslam terroru” geo-layihələrini müsəlman soyqırımlarını rahatca törədirlər.
Müsəlman düşuncə adamlarını isə elə öz parabeyin qara savadsız kütlənin əli ilə hörmətdən salıblar, hökumətlərinə qarşı inamsızlıq və manqurtlaşma kampaniyalarının uğurla həyata keçiriblər.
Çıxış yolu varmı?! Yoxdur, çünki müsəlmanlar savadsizdirlar və qlobal informasiya/media/TV nağıllara inanaraq özlərinin axırına çıxırlar.
Bəs Dubay-Qətər cənnətləri?! Gedin baxın orada usləyənlər bədəvi ərəbləridir, yoxsa oralara mütəxəssis adı altında soxuşdurulmuş Qərb-İsrail agentləri?! O agentlər ki, lazımi anda peycerlər kimi partlayişlar törədib kövrəkusəlman cəmiyyətlərinin Liviyaya, Suriyaya, İraqa çevirirlər…

