Bakıda “Gənc Liderlər vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə Bakı şəhərində “Gənc Liderlər vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirildi.
Forum “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri, YAP İH-nin üzvü, ictimai lider Asif Əsgərovun açılış nitqi ilə öz işinə başlayıb. Daha sonra müxtəlif rəsmi çıxışlar edildi, beynəlxalq iştirakçılar təqdimatlar etdilər. Qrup işləri və panel müzakirələri təşkil olundu, iştirakçılar öz təcrübələrini və biliklərini bölüşdülər. Eyni zamanda, ekoloji problemlər və COP29-a dəstək mövzusunda müzakirələr aparıldı, həmçinin layihələr və əməkdaşlıq imkanları barədə danışıqlar aparıldı.
Forumun sonunda nəticələr və gələcək addımlar barədə yekun çıxışlar edildi.Qeyd edək ki, 18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplanmışdırlar.

