Bir millətin ya da bir fərdin intellekt göstəricisinə təsir edən 13 faktor.

  1. Genetik faktorlar. İlk öncə o millətin keçmişində çox ciddi intellektual fəaliyyəti olan çoxlu insan olmalıdır.
  2. Ətraf mühit. Bir insanın intellektual inkişaf etməsi üçün ətraf mühit uyğun və dəstəkləyici olmalıdır. Siz ən yaxın beş dostunuzun ortalamasısınız. Ona görə də kimlərlə oturub-durduğunuza diqqət edin.
  3. Kitab oxumaq. Astrologiya, kainata enerji göndərmək, motivasiya kitabları xaricində bütün kitablar dəyərlidir. Hər kitab sizə nəsə öyrədir və beləcə ümumi kültür yaranır sizdə.
  4. Təhsil. Təhsilə önəm verməyən insan və millət intellektual ola bilməz.
  5. İncəsənət. Bir cəmiyyətin intellektual inkişafının nə dərəcədə olduğunu göstərən faktorlardan biri də odur ki, orda teatr, sinema, konsert biletləri nə qədər satılır.
  6. Mədəniyyət. Küçədə sakit danışmaq, yerə zibil atmamaq, növbə mədəniyyəti, yemək mədəniyyəti bilavasitə intellekt göstəricisidir.
  7. Sağlamlıq. İq həm də beynin necə işləməsindən asılıdır və aydın məsələdir ki, yüksək iq üçün beynin sağlam olması lazımdır. Sağlam qidalanmamaq, xüsusilə fast food və orqanik olmayan qida istifadəsi beynin inkişafına zərər verir.
  8. İqtisadiyyat. İqtisadi vəziyyət uşaqların harda və necə təhsil alacaqlarına və özlərini inkişaf etdirmək üçün lazımlı vəsaitlərə əlçatanlığa təsir göstərir.
  9. Düşüncə tərzi. Əgər bir cəmiyyətdə problemlər haqqında deyinənlər çoxdursa və insanlar problemləri həll etməkdənsə, şikayət etməyə meyllidirlərsə, o cəmiyyətin İQ ortalaması aşağı olacaq.
  10. Cinsi tərbiyə. Cinsi mövzuların tabu olduğu cəmiyyətlərdə insanların həyatlarının bu önəmli parçası ilə bağlı bilgisiz qalırlar və içlərində yığılan bu enerji onların düşüncə sisteminə mənfi təsir edir.
  11. Yenilik. Əgər siz yeniliyə qapalı və ənənə insanısınızsa, bir müddət sonra beyniniz yenilik almadığı üçün inkişafdan dayanacaq.
  12. Sorğulama. Sorğulamanın aşağı olduğu cəmiyyətlər yaradıcılıq edə bilməzlər və bu da inkişafın ən böyük düşmənidir.
  13. Gənc nəsil. Gənc nəslə qayğı, dəstək və hörmətlə yanaşmayan cəmiyyətlər bir qayda olaraq məhvə məhkumdurlar.

Hazirladı: Fuad Əsədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir