Şamaxıda YYSİB Ekspertlər Şurasının üzvü, yazıçı-publisist Hacı Qəni Camalzadənin yaradıcılıq gecəsi keçirildi

4 iyun 2024- cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxanasında yazıçı – publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirildi.
Görüşdə yazıçı ilə yanaşı Xalq artisti, Prezident təqaüdçüsü İlham Namiq Kamal, Əməkdar jurnalist İdris Şükürlü, Yazıçılar Birliyinin üzvü, ” Ekoloji xəbərçı ” qəzetinin baş redaktoru Şahin Həmidli və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Şamaxı rayonu üzrə nümayəndə Rəfail Tağızadə iştirak edirdi.


Tədbirdə kitabxana əməkdaşları və oxuçularla yanaşı Şamaxı Dövlət Regional Kollecin tələbələri yazıçının görüşünə gəlmişdilər. İlk öncə tədbiri MKS- nin direktoru Ərəsdun Xələfov açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Regional Mədəniyyət idarəsinin nümayəndəsi Rəfail Tağızadə qonaqları salamladı , tədbirin geniş əhəmiyyətindən söz açdı və gələçəkdə belə tədbirlərin mütəmadi xarakter almasını tövsiyyə etdi.
Yazıçı, Qarabağ qazisi Hacı Qəni Camalzadə çıxışında yaradıcı yolu, əsərləri , ziyalı mövqeyi haqqında məlumat verdi, onu düşündürən məsələlər ətrafinda fikirlərini bölüşdü. Yaradıcılıq planları barədə danışdı.O, bildirdi ki, bu cür görüşlərə xüsusi ehtiyac olduğundan davamlı olaraq yazıçılarımızın, şairlərimizin , sənət adamlarımızın oxucularla yaxından təmasına xidmət edəcək layihələr həyata keçirilməli ədəbiyyatımızın , mənəviyyatımızın , bədii sözümüzün, intellektimizin inkişafına təkan verəçək tədbirlər reallaşdırılmalıdır.
Digər qonaqların çıxışından sonra tədbir iştirakçıları yazıçının əsərləri haqqında fikirlərini bölüşdü, oxuduqları əsərlərindən suallar ünvanladılar , maraqlı ədəbi müzakirədə iştirak etdilər.
Sonda yazıçı Q. Camalzadə iştirakçılara, oxuçularla təşkil edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə təşəkkürünü çatdırıb, çıxışlarda ünvanına deyilən səmimi fikirlərə , yaradıçılığına verilən yüksək qiymətə görə minətdarlığını ifadə etdi. İmzaladığı kitabları oxucularına bağışladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir