El üçün yananda, Allah səni qoruyar! Aydın Xan Əbilovun Hacı Məhəmməd haqqında yazısı
Biz doğmaları onu illərdir yola gətirməyə çalışırdıq, amma razı olmurdu. Cənub bölgəsinin tanınmış ictimai aktivisti, hüquqşünas, xeyriyyəçi, hər kəsə can yandırmaqla öz sağlamlığının qədrinə qalmayan qardaşımız Hacı Məhəmməd Məmmədov bu günlərdə “Bone DEA” hospitalında cərrahiyyə əməliyyatı oldu. Kiçikdən tutmuş böyüyəcən əksər insanlarımız onun üçün dua etdi. Biz dostlar isə hər işimizə canını qoyan Hacını dünyalar qədər xətrini istədiyimizdən, hər qadasını almağa hazırdıq…
Türkiyədə tibbi akademik təhsil almış uruloq, uzman doktor Emin Məmmədovun rəhbərliyi altında tibbi personal biz də inamımız sonsuz idi. Elə dəyərli Hacı da inanır bu möhtəşəm xəstəxanaya:. Biz də arxayınıq: həkimimizin apardığı uğurlu əməliyyat qardaşımızın səhhətindəki bütun problemləri aradan qaldıracaq, get-gedə ortadakı ağrıların azaldacaqına inanırıq.
Sözüm bunda deyil, sadəcə, bir sevgi dolu ismarıcı qardaşım Hacıya ünvanlasam da, başqalarına da ibrət olsun deyə yazıram. Siz mərhəmət göstərin, sosiallaşın, paylaşın, yaxşılıq edin və yanınızda hər zaman Ulu Yaradanı görəcəksiz. Necə ki, anamın duaları ilə əməliyyata girən Hacı Məhəmməd qardaşımız hər zaman Allahın nəzər-diqqətindədir.
Hacı, bizi bir gün də “sənsizlik” adlanan darıxmağa qoyma, səni cənub diyarı yox, bütün Azərbaycanı əhatə edən dostlar, doğmalar və bizlər – qardaşların sevir: tez sağal
Axı sənin o nuryagan çöhrənə qəm-kədər yaraşmır…
P.S. “Masallah, indiyə qədər bir xəstənin yanına bu qədər sayda və taninmıslardan gələn görməmişdik….” – deyən tibb bacılarına isə Hacı Məhəmmədə göstərdikləri diqqət və qayğılara görə xüsusi minnətdarlıq…

