Əmircan qəsəbə Mədəniyyət evində yazıçı-publisit Hacı Qəni Camalzadə ilə gənc oxucuların görüşü
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 5 saylı kitabxana filiallarının təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində Azərbaycanda və xarici ölkələrdə tanınmış hekayələr və romanlar müəllifi, ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə 1 saylıli kitabxana-filialın müdiri Nərminə Aşurbəyova açaraq qonaqları və tədbir iştirakçılarını salamlamdı.
Ədəbitədbirin aparıcısı, 5 saylı kitabxana-filialının əməkdaşı Pərvanə Həsənova istedadlı yazıçının əsərləri, yaradıcılığı və yumor janrında olan maraqlı hekayələrin haqqında məlumat verib. Tədbirdə Əmircan qəsəbəsində yeləşən 97, 114 və 226 saylı məktəblərin şagirdləri ilə müəllimləri iştirak edirdi.
Görüşün fəxri qonaqları, yazıçının qələm dostlarından şair-publisist Ağacəfər Həsənli, şair-publisist Şahin Həmidli, şair Adil Zeynallı yazıçın həyat və yaradıcılığı haqqında danışıblar.
Yazıçı Hacı Qəni Camalzadənin “Şeytana daş atanlar ” romanı haqqında verilən məlumatlar gənc oxucuların xüsusi marağına səbəb oldu.
Daha sonra 97, 226 və 114 saylı tam orta məktəblərin şagirdləri yazıçıya onları maraqlandıran suallarü ünvanladılar: görüş zamanı səmimi fikir mübadiləsi aparıldı.
Sonra Hacı Qəni Camalzadəyə söz alaraq bundan sonra yazmaq istədiyi əsərlər və hekayələr, Azərbaycan ədəbiyyatı haqqında oxuculara ətraflı məlumatlar verdi.
Suraxanı rayon MKS-nin direktoru Mərziyə Əhmədova “ Qızıl xotuq ” romanı haqqında öz fikirlərini söylədi, bu əsər haqqında yazıçıya bir neçə sual verdi.
Rayonun 97 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Zəhra Bünyadova, 9-cu sinif şagirdi
Südabə Məmmədli yazıçının “Yapışqan” və “Teatrda” adlı əsərləri haqqında fikirlərini məclis iştirakçıları ilə bölüşdülər.
Daha sonra görüş maraqlı sual-cavab formasında davam etdirildi.
Görüşün sonunda qonaqlar və tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.
Maraqlı diskussiya çay süfrəsi ətrafında da davam etdirilib.

