2024-cü il üzrə qrant müsabiqələrinin qalibləri ilə silsilə görüşlər

Son illər fəaliyyətində yeniliklər tətbiq edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan QHT-lərin rəhbərlərinin növbəti qrupu ilə görüş keçirilib.
Sayca 3-cü olan bu görüşdə də Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova və digər məsul şəxslər iştirak edirdi.
Tədbirin əvvəlində 2016-ci il Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla, böyük ehtiramla yad olundu.
Sonra müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.
Bununla da 2024-cü il üzrə qrant müsabiqəsinin qalibləri ilə silsilə məhsuldar görüşlər yekunlaşdırılıb. Ümumilikdə, bu həftə ərzində keçirilmiş 3 analoji görüşdə 400-dən çox fəal QHT rəhbəri iştirak edib.
Daha sonra QHT sədrlərinin müxtəlif təklifləri dinlənilib, qaldırılan məsələlər cavablandırılıb, müvafiq qeydlər götürülüb.
Müxtəlif istiqamətdə layihələrin reallasdırılması istiqamətində tövsiyyəxarakterli bu qəbil görüşlərin vacibliyi xüsusi vurğulanıb.
Tədbir çay masası ətrafında, qeyri-formal şəkildə davam etdirilib.
Yeni Yazar və Sənətçilər İctimai Birliyinin nümayqndəsii da tədbirdə iştirak edərək, fikir və təkliflərini Agentliyin rəsmilərinin diqqətinə catdırib, qalib gələn layihənin rəhbəri olaraq onu maraqlandıran sualları səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir