Qərb – ABŞ və Aİ-nin bəzi qüvvələri Azərbaycandan nə istəyir?!

2024-cü il girər-girməz ABŞ, Fransa və Avropa İttifaqı marionetlərinə çevirdikləri Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq istəyir. Artıq nediada Ermənistanla Azərbaycanın şərti sərhəd xəttinə Ermənistanın hərbi texnikalar cəmləşdirilməsi ilə əlaqədar videokadrlar yayılır.

Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, bütün region üçün böyük təhdiddir. Qərblə açıq münaqişədə olan Rusiya artıq bu hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi.

Hər zaman “Qırmızı xətlər” barədə danışmağı sevən, lakin blokadaya alınan cənub qonşumuz İran isə hələ də susur.

Qafqaz regionuna mənfi təsir edəcək bu hərbi paktla əlaqədar region ölkələri – Gürcüstan, qardaş Türkiyə də öz qəti mövqeyini bildirməlidir. Son illər xilası Azərbaycandan asılı olan Ermənistan yenə də alət kimi istifadə olunmasının fərqinə varmalı və geosiyasi odla oynamamalıdır.

Məlum məsələdir ki, Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Azərbaycanın iradəsindən kənarda Cənubi Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir.

Görəsən II Qarabağ müharibəsi zamanı “ağllandırılan” Ermənistanın siyasi elitası bunun fərqindədirmi?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir