Beynəlxalq terrorizm və onunla mübarizə aparan Azərbaycanın mövqeyi

Bir neçə gün bundan əvvəl qonşu Rusiyada törədilən terror hadisəsi xarici və daxili analitiklərlə yanaşı, ictimai liderlərin də diqqət mərkəzindədir.

Bu problemlə bağlı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış analitik ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikirlərini öyrəndik.


“İllərdir beynəlxalq terrorizmlə bağlı xəbərdarlıqlarımızı geniş ictimaiyyətə çatdırır, onunla qlobal mübarizənin vacibliyini vurğulayırdıq. Qarabağ münaqişəsinin alovlandığı vaxtdan üzübəri erməni separatçıları Bakı, Sumqayıt, Qarabağətrafı bölgələrdə vaxtaşırı terror aktları törədirdilər. İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdədə törədilən terror hadisələrini də xatırladsaq, ölkəmiz beynəlxalq terror aktlarında ən çox ziyan çəkən dövlətlər sırasındadır. Qonşu Rusiyada törədilən son dəhşətli terror hadisəsi, eləcə də Suriya, İraq, İsrail, Fələstin, Yəmən kimi ölkələrdə baş verən oxşar hadisələr bir daha sübut edir ki, indi müxtəlif etnik, dini, məzhəb bəhanəsilə öz məkrli siyasətini yeritməyə çalışirlqr. Bu qara qüvvələr daha çox din pərdəsi altında hərəkət edir, fanatik, təhsilsiz gənclərdən yararlanaraq, dinc əhali arasında rəsmi qurumlara qarşı inamsızlığı yaratmaq istəyir, özlərinin dəhşətli planlarını reallaşdırıllar.
Rusiyada törədilən dəhşətli terror hadisəsi zamanı da biz bunları müşahidə edirik. Azərbaycanın maraqlarına təsirini xatırlamaqla yanası, milli biznesə vurulan zərbəni də unutmaq olmaz. Sadalanan cəhətlərə baxmayaraq, Ermənistandan aldıqları siyasi sifarişi yerinə yetirən bəzi qüvvələr Azərbaycan əleyhinə kampaniyalar aparırlar. Bu qarayaxma kampaniyasının başında duran isə yenə də Vladimr Solovyovdur.
Azərbaycan Rusiyayla kifayət qədər geniş əlaqələri var. Prezidentlərin uzun dostluğundan tutmuş, ildən ilə artan iqtisadi-siyasi, sosial-mədəni münasibətlər, qonşu ölkədə yaşayan, böyük biznes imkanlarına sahib milyonlarla soydaşlarımıza baxmayaraq, Solovyovun növbəti dəfə belə hərəkəti geniş ictimayyətimiz tərəfindən pislənilir.
Son terror aktında Azərbaycan izini açıq eyhamlarla axtarmaq, sözsüz, V.Solovyov kimi xəstətəxəyüllü, sifarişlər ustası kimi tanınan, gah jurnalist, gah da bloqqer kimi fəaliyyəti ilə təxribatlarla məşğul olan səxsdən gözləmək olardı. Son mülahizələri ilə bu şəxs ölkəmizə qarşı qərəzli mövqeyi ilə ənənəvi ritorikasının sərhədlərini aşdı. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparmaqla yenə də muzdlu jurnalist imicinə sadiq qaldı.
Bütün bunları nəzərə alıb, V.Solovyovun Azərbaycan xalqından və dövlətimizdən üzr istəməsini tələb edirik.
V.Solovyov və onun kimi informativ təxribatla məşğul olanlar unutmamalıdır ki, Azərbaycan beynəlxalq terrorla qlobal mübarizədə lider dövlətlərin sırasındadır və Qarabağdakı son 24 saatlıq antiterror əməliyyatları zamanı bunu bütun dünyaya sübut edib…”

YeniMedia.net portalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir