Prezidentlə ailəsinin Xankəndidə seçkilərdə səs verdilər. Tarixi görüntülər. Video. 4 saat ərzində səs verənlərin sayı açıqlandı
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində seçkilərdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində seçkilərdə iştirak ediblər.
Dövlət başçısı və ailəsi 122 saylı Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
“Qafqazinfo” həmin anın görüntülərini təqdim edir:
Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 1 259 371 nəfər səs verib. Seçici fəallığı 19,44 % olub.
F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6 493-dür.
***
Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 38, 57 % olub.
F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 2 499 033 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6499-dur.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarında 6 milyon 478 min 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verirlər.

