Epidemiyaya çevrilən qızılca: “Pandemiya təcrübəmizdən yararlanmalıyıq” – YYSİB sədri, sosial tənqidçi Aydın Xan Əbilov

“Müasir dövrdə bir çox xəstəliklər daha tez yayılaraq epidemiya və pandemiyaya çevrilmək imkanları qazanıblar”.

Bu sözləri Editor.az-a pandemiya prosesləri ilə bağlı danışarkən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, əvvəllər insanlar uzaq kəndlərdə yaşayırdı: ” Belə ki, bu qədər aktiv gediş-gəliş kimi imkanlar yox idi. İndi isə bu sadalananların hər biri çox yüksək səviyyədə həyata keçirilir: “Bu səbəbdən keçmişdə ocağını söndürmək asan olan hər hansı bir xəstəlik, indiki dövrdə epidemiyaya çevrilir. O, cümlədən qızılca və ona oxşar risk qruplu xəstəliklər də tez yayılmaq imkanları qazanırlar.

Azərbaycanda, xüsusən də orta məktəb yaşlı uşaqlarda hər zaman qızılca olub. Lakin təmaslar bu qədər geniş olmadığından, yoluxma hallarının da sayı aşağı idi. Buna görə də hazırda insanlar bütün riskləri nəzərə alaraq, pandemiyada olduğu kimi məsafə saxlamağı bacarmalıdırlar. Qızılca həm də damcı, nəfəs yolu ilə keçən xəstəliklər sırasındadır. Bu səbəbdən də bir çox pandemiya qaydalarına riayət etmək çox vacibdir. Bu istiqamətdə bir çox sahələr üzrə əhaliyə çağırışlar olunmalıdır. Çünki biz pandemiya müddətində bu çağırışların nə qədər əhəmiyyətli olduğunun şahidi olduq.

Uşaqların peyvəndlənməsi məsələsi çox önəmlidir. Qızılca kimi yoluxma prosesi sürətlə gedən xəstəliklərdən uşaqları peyvəndlənmə, gigiyenik təmizlik qaydalarına xüsusi diqqət ayrılmalıdır.

Peyvəndlənmə çox vacib bir prosesdir. Eyni zamanda, biz Covid-19 pandemiyası zamanı bir çox təcrübələr qazanmışıq və həmin təcrübələrimizdən qızılca infeksiyasına qarşı da istifadə etməliyik”.

//Səbinə Hüseynli, Editor.az

https://editor.az/pandemiya-tecrubemizden-yararlanmaliyiq-aciqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir