2 dekabr 2023-cü il tarixində keçirilən “Qlobal böhran. Məsuliyyət” onlayn forumun Azərbaycan dilində 7 saatlıq videosu

2 dekabr 2023-cü il tarixdə “Qlobal böhran. Məsuliyyət” onlayn forum keçirildi. Bu foruma hamının baxmağın çox vacibdir! Çünki hər birimizin həyatı, uşaqlarımızın, doğmalarımızın hayatı bizim üçün hər şeydən önəmli olmalıdır! Axı biz insanıq! Planetimizdə kataklizmlərin çox sürətlə artdığı indiki zamanda bunu bir daha yada salmalı və məsuliyyətli olmalıyıq. Forumu izləyin və hər şeyin nə qədər ciddi olduğunu və ən əsası necə xilas ola biləcəyimizi öyrənin.


https://creativesociety.com/az/global-crisis-the-responsibility


YouTubda:


https://www.youtube.com/live/RSjT8-uAXV4?si=4IsRiQkvXiPWiF6S

Yaradıcı cəmiyyətin 8 Təməli

Yaradıcı Cəmiyyətin 8 təməli bütün dünyada insanların istədiyidir. Onlar, ümumdünya referendumunda insanların qanuni iradəsi ilə bütün dünya ölkələrinin qanunvericiliyinin və beynəlxalq hüququn əsasına çevrilə biləcək Yaradıcı Cəmiyyətin əsas dəyərləridirlər.1.İnsanın Həyatı

İnsanın Həyatı ən ali dəyərdir. Hər bir İnsanın həyatını öz həyatın kimi qorumaq lazımdır. Cəmiyyətin hədəfi hər bir İnsanın həyatının dəyərini qorumaq və buna zəmanət verməkdən ibarətdir. İnsanın Həyatından daha dəyərli heç bir şey yoxdur və ola da bilməz. Əgər tək bir İnsan dəyərlidirsə demək ki, bütün İnsanlar da dəyərlidirlər!2.İnsanın azadlığı

Hər bir insan İnsan olmaq hüququ ilə doğulur. Bütün İnsanlar azad və bərabər doğulurlar. Hər kəsin seçim hüququ var. Yer üzündə İnsandan, onun Azadlığından və hüquqlarından daha üstün heç kim və heç nə ola bilməz. İnsanın hüquq və azadlıqlarının təmin edilməsi digər insanların hüquq və azadlıqlarını pozmamalıdır.3.İnsanın təhlükəsizliyi

Cəmiyyətdə heç kimin və heç nəyin İnsanın həyatına və azadlığına təhlükə yaratmaq haqqı yoxdur!

Hər bir İnsana yemək, mənzil, tibbi xidmət, təhsil və tam sosial xidmət də daxil olmaqla əsas həyati ehtiyacların pulsuz olaraq təmin edilməsinə zəmanət verilir.

Cəmiyyətin elmi, istehsal və texnoloji fəaliyyəti yalnız və yalnız insanın həyatının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.

Zəmanət verilmiş iqtisadi stabillik: inflyasiya və böhranların yoxluğu, bütün dünya üzrə stabil və bərabər qiymətlər, vahid pul vahidi, fiksə olunmuş minimal vergi və ya ümumiyyətlə verginin olmaması.

İnsanın və cəmiyyətin hər hansı təhlükələrdən qorunması ümumdünya fövqəladə hadisələrə qarşı mübarizə xidməti tərəfindən həyata keçirilir.4.İnformasiyanın hər kəs üçün şəffaf və açıq olması

Hər bir İnsan, cəmiyyətə məxsus pul vasitələrinin hərəkəti və bölüşdürülməsi haqqında səhih məlumat əldə etmək hüququna sahibdir. Hər bir İnsan üçün, cəmiyyətin aldığı qərarların həyata keçirilməsinin hansı mərhələdə olduğuna dair məlumatlar açıqdır.

KİV yalnız və yalnız cəmiyyətə məxsusdur və məlumatları doğru, açıq və dürüst bir şəkildə əks etdirirlər.5.Yaradıcı ideologiya

İdeologiya, insanların ən yaxşı xüsusiyyətlərinin populyarlaşdırılmasına və həmçinin İnsana qarşı duran hər şeyin qarşısının alınmasına yönəlmiş olmalıdır. Başlıca prioritet insanlıq, İnsanın ali mənəvi-əxlaqi dəyərlərə doğru can atma, humanizm, vicdanlılıq, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi prioritetidir.

Həqiqi mənada bir İnsanın inkişafı və tərbiyə edilməsi üçün lazımi şərtlərin yaradılması, hər bir insanda və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin yetişdirilməsi.

Zorakılığın təbliğinin qadağan edilməsi və istənilən formada parçlanmanın, aqressiyanın, qeyri-insaniliyin təzahürünün pislənməsi.6.Şəxsiyyətin inkişafı

Yaradıcı cəmiyyətdə hər bir insan hərtərəfli inkişaf etmək və özünü reallaşdırmaq hüququna malikdir.

Təhsil almaq pulsuz və hamı üçün eyni dərəcədə əlçatan olmalıdır. İnsanın öz yaradıcı qabiliyyətlərini və istedadlarını həyata keçirməsi üçün şəraitin yaradılması və imkanların genişləndirilməsi.7.Ədalət və bərabərlik

Bütün təbii sərvətlər İnsana məxsusdur və dürüst bir şəkildə bütün insanlar arasında bölüşdürülür. Sərvətlərin monopoliyasına və onların məsuliyyətsiz istifadəsinə yol verilmir. Bu sərvətlər Yer üzündəki bütün sakinlər arasında ədalətli olaraq bölüşdürülür.

İnsanın istəyi olduğu təqdirdə iş ilə təmin olunmasına zəmanət verilir. Eyni vəzifə, ixtisas, sənət üçün verilən əmək haqqı dünyanın hər yerində eyni olmalıdır.

Hər kəs cəmiyyət tərəfindən fərdin kapitallaşması üçün qoyulmuş ölçüdən çox olmayaraq özəl mülkiyyət və gəlirlərə sahib olmaq hüququna sahibdir.8.Cəmiyyətin özünüidarəsi

Yaradıcı cəmiyyətdə “hakimiyyət” məfhumu mövcud deyil, çünki bütün cəmiyyətin inkişafının, həyat şəraitinin və ahəngdar ictimai quruluşun məsuliyyəti hər bir İnsanını üzərinə düşür.

Hər bir İnsan Yaradıcı Cəmiyyətin işlərinin idarə edilməsində və İnsan həyatının yaxşılaşdırılmasına yönəlmiş qanunların qəbulunda iştirak etmək hüququna malikdir.

İnsan həyatının keyfiyyətinə təsir göstərən ictimai vacib, sosial əhəmiyyətli, iqtisadi məsələlər haqqında qərarların qəbul edilməsi bütün xalqın müzakirəsinə və səs verməyə (referendum) çıxarılır.

https://creativesociety.com/az#about

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir