TV-ləri tənqid etdim, daha demədim ki, bağlayın, işdən çıxardın və aparıcılar xəstəxanalıq olsun…
Ötən tele-mövsümün sonunda maraqlı bir eksperiment etdim: TV-lərin biznes layihələri olan sosial verilişlərdə iştirakımla bağlı qonorar tələbim oldu. Eləcə də bir səviyyəsiz tanınmış “ekspert” və vəkil Şəfiqə xanımla dostum Rövşanənin proqramında qalmaqal yaşadıq. Rövşanə xanım həmişəki kimi, əks-tərqflərin tərəfini tutdu, vaxtilə Bayram Nurlununu da müdafiə edəndə baş qoşmamışdım, bir verilişi tərk etdim, digərində isə dirəşdim.
Fəqət, “gədə” mem / trendindən sonra o zaman falçılıq edən və buna görə də ifşa etdiyim yazıq Bayrama bütün TV-lərdə stop qoyuldu.
Bu dəfə isə maraqlı etiraz metodunu işə saldım. Sonra yay aylarında mən etiraz əlaməti olaraq TV-lərdən imtina etdim deyə, bekarçılıqdan tele-tənqidi esselerimi qələmə alıb, belə olmamalıdır deyibən, yeni teleislahatlarla bağlı təkliflərimi dilə gətirdim. Gözlədiyim baş verdi: aparıcı dostum Amil Xəlil və daha sonra ona qoşulan Tarix Əliyev / Tolik yuxarıdakı mənlə konfilikt aparan şəxsin sifarişini yerinə yetirib şəxsimə qarşı növbəti qarayaxma kampaniyasına başladılar. Tolik, fəhmlidir deyə, elə bir verlişin ikinci hissəsində o “ekspert”in “tırkasına” düşdüyünü, eləcə də görünməyən şəxsdən də güçlü ağsaqqalım olduğunu anlayıb, yanlışlığını düşəltdi. İnsafən Amil Xəlil də buna səy göstərsə də, artıq onun qutudan buraxdığı kərtənkələ bəzi ilanları və qara kütlədin simvolu olan qırxsifətlilərə zəhər vermiş oldu deyə, sosual şəbəkədə arvadağızların qarğışları, təhqir və söyüşləri şəxsimə yağdırılmağa başladı.
Həmişə dostlarıma, tanışlarıma xəbərdarlıq edirəm ki, ağır seyidəm, Ağ Şeyxlər ocağının son nümayəndəsiyəm, yapmayın, cəddim sizlərərə xəər yetirə bilər, hətta mən bunu heç vaxt arzulamasam da. Budur, Rövşanə xanımın işdən çıxarılması, Tolikin normal sosial verilişinin qapadılması, dostum Amil Xəlilin xəstəxanaları gəzməsi, ondan əvvəl isə vəkil dostum Şəfiqə xanımı maşın vurması xəbərlərindən çox üzüldüm…
Verilişləri qapatmaq, populyar aparıcıları işındən ayırmaq, “ekspertciyəzlərin” kütləyə işləyəsi pafoslu sözsöhbətləri ilə işlər düzəlsəydi, nə vardı ki…
Qaldı iki nəfərin Tanrı tərəfindən cəzalandırılması, onlara xəbər edin: bu yaxınlarda ehtiyatlı olsunlar, ömür sunamilərində boğula bilərlər…
Mən isə bunu arzulamıram…
Aydın Xan Əbilov,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaudcüsü, yazıçı-kulturoloq

