Vetenqehremanlari.az saytının ofisində 31 Mart-Azərbaycanlılarının Soyqırımı Günü həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin və “Vetenqehremanlari.az” saytının ofisində 31 mart-Azərbaycanlılarının Soyqırımı Günü münasibətilə tədbir təşkil olundu.

Tədbirdə şəhid Milli qəhrəman ailələri, Vətən qəhrəmanı ailələri, qazilər, ictimai xadimlər və gənc ictimai fəallar iştirak etdi.
Millətimizə qarşı törədilmiş soyqırımın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarından Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlini anası Aidə xanım, Vətən müharibəsi şəhidi, XTQ Əli Seyidovun anası Lalə xanım, Vətən müharibəsi şəhidi Əfqan Nəsirovun anası Kəmalə xanım, Vətən müharibəsi şəhidi Rəşad Quliyevin anası Mətanət xanım, Yazıçılar Birliyinin üzvi, birinci Qarabağ müharibəsi qazisi Qəni Camalzadə, I Qarabağ müharibəsi qazisi Qabil Həsənov, yazıçı, vətənpərvər şair Zakir Qarabağlı, gənc ictimai fəal Ceyhun Süleymanov erməni faşizminin törətdiyi cinayətləri qınadılar və dünya azərbaycanlılarını xalqımızın başına gətirilən soyqırımın beynəlxalq miqyasda tanınmasında fəal iştirak etməyə çağırdılar.

Nərmin Səfərova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir