“Ağa Musa Nağıyev xeyriyyəçiliyınin Türkiyə səhifəsi” sənədli filminin ilk təqdimatı

Azərbaycan Respublikasının QHT-rə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilmiş “Ağa Musa Nağıyev xeyriyyəçiliyınin Türkiyə səhifəsi” sənədli filminin ilk təqdimatı noyabrın 15-də Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilib.

“Ağa Musa Nağıyev xeyriyyəçiliyınin Türkiyə səhifəsi” sənədli filmində Azərbaycanın milli-mənəvi dəyərlərindən olan xeyriyyəçilik ənənələrinin iki qardaş məmləkət – Azərbaycan və Türkiyə arasında hələ XX əsrin əvvəllərində münasibətlərində əks olunduğu, A.M.Nağıyevin xidmətlərinə görə Türkiyə sultanın Osmanlı ordenləri ilə təltif olunması, Azərbaycan xalqının maariflənməsində, sosial və siyasi cəhətdən təkmilləşməsində, dövlət müstəqilliyinə aparması yolunda xüsusi yer tutan şəxsiyyətlərdən olduğu xüsusi xətlə göstərilir.


“Ağa Musa Nağıyev xeyriyyəçiliyınin Türkiyə səhifəsi” sənədli filminin təqdimat mərasiminə tanınmış şəxslər, QHT rəhbərləri, rayonun sakinləri iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir