“Beynəlxalq qızlar günü dünyadakı qızlara olan diqqətin bir təzahürüdür” – VCA və YYSİB sədri Aydın Xan Əbilov

“Dünya qloballaşandan sonra bir çox ölkələrdə Beynəlxalq günə çevrilmiş tədbirlər, əlamətdar hadisələr qeyd edilib. Amma XX əsrin ortalarından XXI əsrin əvvəllərindən etibarən BMT və UNESCO müxtəlif konfrans və beynəlxalq tədbirdərdə problemi qabardaraq insan qruplarının hüquqlarını müdafiə etmək üçün müxtəlif Beynəlxalq günlər elan etdi”. Bu fikirləri SİA-ya açıqlamasında yazıçı, kultroloq Aydın Xan Əbilov deyib.

O qeyd edib ki, onlardan biri də oktyabrın 11-ində qeyd edilən Beynəlxalq qızlar günüdür: “Bu gün 2012-ci ildən etibarən dünyanın aparıcı ölkələrində qeyd edilməyə başlayb. Bunun əsas məqsədi bir çox ölkələrdə erkən nikahın qarşısının alınması, təhsil problemlərinin həll olunması, ailədə şiddətə məruz qalmaması üçün nəzərdə tutulub. Bunun qarşısını almaq üçün Beynəlxalq qızlar günü elən edildi. Orta hesabla hər üç qadından biri 18 yaşına çatmamış evlədirilir. Bu kimi halların qarşısının alınması üçün qeyd olunan Beynəlxlaq qızlar günü xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq qızlar günü dünyadakı qız uşaqlarına və qızlara olan diqqətin sayğının bir təzahürüdür. Dünyanın hər yerində qadın hüquqlarının qorunması üçün tədbirlər görülməlidir. Cənubi Amerika, Afrika ölkərində hələ də qızların iradəsindən kənar onların əvəzinə qərarlar verilir.
Ölkəmizdə qadına, anaya, qız uşaqlarına xüsusi hörmət və qayğı var.

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə yaradılıb. Qadınların və qızların hüquqlarını müdafiə edən çoxsaylı dövlət qurumları var. Eyni zamanda təhsil, səhiyyə və mədəniyyət sahədində qızların işləməsi ilə bağlı kütləvi axının şahidi oluruq.
Texnologiyanın inkişafı ilə bağlı abortların sayı da artıb. Bu da o deməkdir ki, 140 oğlan uşağının dünyaya gəldiyi zaman 100 qız uşağı dünyaya gəlir. Bu da demokratik problemə çevrilur. İnanırıq ki, Beynəlxalq qızlar günü ilə bağlı bu məsələlər də öz həllini tapacaq”.

Müəllif: Abutel İlhamqızı

https://sia.az/az/news/social/990339.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir