Lənkəranın iki kəndində ağacəkmə aksiyası və eko-təbliğat keçirildi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ekoloji təmiz kənd kampaniyası – təcrübələrin tətbiqi” adlı eko-layihəsi çərçivəsində Lənkəran rayonu Aşağı Nüdədi və Kənarmeşə kənd tam orta məktəbinin həyətlərində ağacəkmə aksiyaları, eləcə də yerli sakinlər, məktəbrlilər arasında eko-təbliğat kampaniyası təşkil edib.
Təşkilatın rəhbəri İradə Həsənovanın rəhbərliyi altında layihə eksperti və könüllülər, məktəbin yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi aksiyalar həm də ekoloji maarifçilik xarakteri daşıyıb. 2 aylıq ekoloji-sosial layihə Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndinlərində təmiz, cəlbedici yaşayış mühitinin yaradılması, onların respublikanın başqa bölgələrdəki kənd yerlərində təcrübə kimi tətbiq edilməsinin nəzəri-praktik tərəflərinin hazırlanmasına yönəldilmişdi.
Oktyabrın 7 və 8-də rayonun iki iri dənizkənarı yaşayış massivində – Aşağı Nüvədi və Kənarmeşə kənd tam orta məktəblərində təşkil olunan ağacəkmə aksiyalarında, eləcə də təbliğat xarakterli lokal kampaniyalarda bu təhsil ocaqlarının müəllimləri, şagirdlər, qonaqlar, kənd icmasının nümayəndələri fəal iştirak edib.
Hər iki kəndin məktəbyanı sahələrində 80-dən artıq həmişəyaşıl şam, küknar və başqa növ ağaclar əkilmiş və suvarılmışdır. İctimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan təbliğatxarakterli söhbətlər, ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yerini olması haqqında çağırışlar layihənin əsas hədəflərini geniş əhali kütləsinə çatdırmaq baxımından maraqla qarşılanıb.
Təşkilatın sədri İradə Həsənova çıxışında ekoloji problemlər, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrinin yaradılmasında ağacların, yaşıllıqların rolu, həmçinin dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin vacibliyini çatdırıb. Layihə eksperti Vamiq Babayev, YYSİB sədri Aydın Əbilov, icra nümayəndəliyinin başçısı və başqa çıxışçılar kəndlərdə əhalinin ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hər yerə atılması, ağacların kəsilməsi, çayların çirkləndirilməsi və belə kəskin ekoloji durumun insanlara daha çox təsir etməsi günümüzün problemdir. Bildirildi ki, layihənin ideyası Bakıdakı hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirib bölgələrdə yaymaqla, ətraf mühitin qorunmasına kömək etməkdir.

Layihə icraçıları bildiriblər ki, kəndlərdə monitorinqlər və sakinlər ilə e-kosorğular aparılır. Sorğunun aparılmasının əsas məqsədi əhalinin təmiz kəndlə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar etmək, ekoloji problemlərin əsasən nədən ibarət olduğu üzə çıxarmaqdır.
Daha sonra ağacəkmə aksiyasında məktəblilərin də fəal olması alqışlandı. Məlumat verildi ki, kəndlərdə yerli sakinlər, gənclər və məktəblilərlə birlikdə zibillərin təmizlənməsi və ağacların əkilməsi ilə bağlı aksiyalar mütəmadi keçiriləcək.
Layihənin əhatə etdiyi hər iki kəndin icra və bələdiyyə üzvləri ilə birlikdə problemlərin müzakirəsi aparılıb. Yerli icra orqanlarına və bələdiyyələrə problemlərin həlli və ekoloji təmiz kəndlərin yaradılması üçün müvafiq tövsiyyələr təqdim edilib, öyrədilən bilik və bacarıqların başqa kəndlərdəki sakinlərə ötürülmüsinə çalışılıb.

Məlumat üçün onu da bildirək ki, fəaliyyət çərçivəsində oktyabrın 5-8-də rayonun Aşağı Nüvədi və Kənarmeşə kəndinin icra nümayəndəliklərində, bələdiyyələrdə görüşlər keçirilib. Eko-araşdırmaların nəticəsi olaraq yerli ekoloji problemlərin müəyyən edilməsi, cəlbedici kənd mühitinin yaradılması üçün tövsiyyələrin hazırlanması, təkliflərlə yerli icmalara və dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulub.

