Ədalət İşığında” ədəbi-bədii məclisində növbəti kreativ tədbir
27 avqust 2022-ci il tarixdə “Ədalət İşığında” ədəbi-bədii məclisində Azərbaycanın dəyərli söz ustaları və poeziyasevərləri ilə növbəti görüş baş tutdub.
“Ədalət işığında” ədəbi-bədii məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan etdi. Məclisin sədri, hüquqşünas, şair-publisist Ədalət Qafarov (Əroglu) Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini andı, döyüşlər zamanı xəsarət alan müharibə veteranları, qazilərimizə isə uca Allahdan sağlamlıq dilədi. Laçın rayonuna taxılan bayraqlarla qürulandığını, Ali Baş Komandan başada olmaqla, bütün əsgər və zabitlərimizə can sağlığı arzulayan sədr, ənənəvi görüşün də bu əlamətdar hadisəyə həsr olunduğunu elan etdi…
Respublikamızın orta mətəblərindən 9-cu siniflərdən kolleclərə daxil olan, tələbə adını qazanmış butun abituriyentləri məclis üzvləri adından təbrik edən Ədalət Əroğul, ali məktəblərə ixtisas seçən subbakalavrlara, abituriyentlərə də uğurlar dilədi.
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü satirik publisist-şair Miraslan Rasim, şair-publisist Hidayət Qarabulaq, sabaha-inamla.az xəbər saytının təsisçisi və baş redaktoru, bir çox mükafatlar sahibi Namiq Məmmədli, sair-publisist Solmaz Cahangirova, şair-publisist Əliyar Günəşoğlu, sair-publisist Leyli Novruova, şair-publisist Sevinc Murad, AJB-nin üzvü, şair-publisist Aynurə Ulduz, AYB və AJB-nin üzvü, Respublikanın əməkdar artisti Nazir Rüstəm, şair-publisist Vaqif Rəsul, şair-publisist Zərifə Zərifə, qazi, Azərbaycan Veteranlar Birliyinin Cəbrayıl rayon üzrə sədr müavini İlham Səfərov, şair-publisist Sevinc Murad və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər.
Məclisdə iştirak edən şairlərimizin hər biri “Ədalət işığnda” ədəbi məclis barədə və eləcədə Laçın rayonunun işğaldan azad olması münasibəti ilə xoş arrzu və diləklərini bildirib özlərinin bir neçə yeni şeirlərini səsləndirdilər. Dəyərli jurnalisti, sabaha-inamla.az saytının rəhbəri Namiq Məmmədli Fb.-da canlı bağlantı ilə izləyicilərimizə şairlərimizi təqdim etdi. Canlı bağlantıda bütün şairlərimiz sabaha-inamla.az xəbərlər saytının rəhbəri Namiq Məmmədliyə xoş arzularını bildirdilər.
Məclis iştirakçıları “Ədalət işığında” ədəbi məclisin fəaliyyətindən söz açıb, yeni şeirlərini səsləndirərək müzakirələr etdilər.
Sonda yadda qalan şəkilləri çəkən operatorumuz Aminə xanıma və Aynurə xanıma ədəbi məclisimiz adından dərin minnətdarlıqlar bildirildi.
Bu tədbir də özünəməxsus mənalı bir hadisə oldu. Yeni şeirlər, yeni fikirlər dinlənildi.
Məclis sonunda tədbir iştirakçıları ilə yadda qalan şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclis davam etdirildi. Bir sözlə çox maraqlı bir gün oldu.
Məclisdə iştirk edən və ürəyi bizimlə olan, müəyyən səbəblərdən məclisə qoşula bilməyən dəyərli şairlərə də təşəkkür edirik.
Hörmətlə:
AYB və AJB-nin üzvü,
“Ədalət işığinda” ədəbi məclisin sədri,
hüquqşünas-şair
Ədalət İzzət oğlu Qafarov (Əroglu)

