Adil Əliyev: uğurlu həyat hekayəsini gənclərə yaxından tanıdaq… Həsən Əliyev yazır

               Şərəfli ömür

Zəmanəmizin elə şəxsləri var ki, onların uğur hekayələri mütləq yeni nəslin təlim və tərbiyyəsində bir qazanılan təcrübə kimi istifadə edilməlidir. Tarixi qəhrəmanlarla, dövrümüzün görkəmli insanları ilə yaxından tanış olan yeniyetmələr, gənclər, sözsüz ki, onların arasında özlərinə kumir tapacaq və xalqımızın inkişafında təkan verə biləcək işlərlə məşğul olacaqlar. Bugünkü qəhrəmanımız çağdaş dövrümücün tanınmış ictimai-siyasi xadimi, millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyevdir.

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü məktəbini bitirib. 1992-ci ildən İdman Ustası adına layiq görülmüşdür. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. Daha sonra 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 2000-ci ildə Azərbaycan Kikboks Federasiyasının prezidenti vəzifəsinə təyin edilmişdir.

Yaradılışın hikmətini dərk edən Adil müəllim dayanmadan təhsilini davam etdirmiş, 2004-cü ildə BDU-nun magistraturasını bitirib. O, bununla da kifayətlənməmiş 2010-cu ildə BDU-nun aspiranturasına daxil olmuş, oranu uğurla başa vurmuşdur.

Hər zaman uğurlara can atan və bunun üçün durmadan çalışan Adil Əliyev böyük idmanda xüsusi nəticəsi 2009-cu ildə baş tutub: Kikboksinq üzrə veteranlararası dünya çempionu olub, o zaman Azərbaycanın bayrağını zirvəyə ucaltmışdır.

Əmək fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da məşğul olan A.Əliyev 2012-ci ildə “Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür.

Eyni zamanda 2012-ci ildə çap olunmuş “Erməni soyqırımı: mif və gərçəklik” adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi də Adil Əliyevdir.    

1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında üst rütbədə müxtəlif vəzifələrdə xidmət etmişdir.

20 saylı 2-ci Nərimanov Seçki Dairəsindən 2005-ci ildə 3-cü çağırış, 2010-cu ildə 4-cü çağırış və 2015-ci ildə 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü kimi ölkəmizi xarici dövlətlərdə yüksək səviyyədə, layiqli təmsil etmişdir.

O, Ulu Öndər Heydər Əliyev kursunun davamçısı, cənab Prezident İlham Əliyevin apardığı humanist siyasəti dünya içtimaiyyətinə çatdırmışdır. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini eyni zamanda Gənclər və İdman Komitəsinin sədri seçilmişdir.

Təltif üzürə naliyyətləri “Polis Əlaçısı” fəxri adı (2000), “İgidliyə görə” medalı (2005), 20 iyun 2020-ci ildə “Ehtiyatda olan polkovnik” rütbəsiylə təltif edilmişdir. Ailəlidir, üç övladı var. General-polkovnik Məhərrəm Əliyevin qardaşıdır.

Adil Əliyevin Vətənə, xalqa və Ali Baş Komandan İlham Əliyevə sədaqəti, 44 günlük 2-ci Qarabağ müharibəsi zamanında da özünü göstərdi. Müharibə zamanı daim ön xətdə olmuş, əsgər və zabitlərlə görüşmüşdür. Hərbiçilərimizə yüsək mənəvi və psixoloji dəstək olmuşdur. Qorxu bilməyən böyük ürəyə sahib cəsarətli şəxsiyyət Adil Əliyev, lazım gələrsə, əlinə silah götürüb qanının son damlasına qədər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu bir daha sübut etdi.

Adil müəllim həm də idman xadimi kimi fəallığı ilə tanınır: o, ölkə üzrə kikboks idman növünün inkişafında xüsusi xidmətləri olmuşdur. Bir sıra vəzifəsini zəif icra edən məmura örnək ola biləcək Adil Əliyev Vətənə və xalqa xidmət zamanı fəaliyyət göstərdiyi qərərgahının qapısı hər bir Azərbaycan vətəndaşının üzünə açıq elan etmişdir. 44 günlük 2-ci Qarabağ müharibəsindən sonra həssas qrup sayılan şəhid ailələri və qazilərin problemləriylə şəxsən yaxından maraqlanmış və dəstək olmuşdur.
Onu tanıyanlar və xalqımız Adil Əliyev tək şəxsiyyətləri olduğina görə fəxr və qürur hissi duyur, xidmətlərinə görə minnətdarlıq və təşəkkürlərimizi bildiririk.

Həsən Əliyev,

“Brend” jurnalının təsisçi, baş direktoru, YAP Xətai rayon təşkilatının fəal üzvü, İSBAM Departament rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir