“Deputatların maaşlarının qaldırılması bu qədər şişirdilməməlidir” -Ekspert Aydın Xan Əbilovdan maraqlı mövqe

“Post-pandemiya və post-müharibbə dövrünün müəyyən iqtisadi çətinlikləri oldu. Amma buna baxmayaraq neftin qiyməti sürətlə artdı”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, hazırda dünyada ərzaq qıtlığı, Rusiya-Ukrayna müharibəsi və digər ölkələrdə baş verən hadisələr günü-gündən qiymətlərin qalxmasına, inflyasiyanın artmasına səbəb olur: “Bütün bu məsələlər əlbəttə ki, əhgalinin sosial rifahının artırılması üçün müəyyən addımları atmağı tələb edir. Əgər, ölkə vətəndaşlarının mıvacibi artırmaq imkanı varsa, hökumət də buna gedirsə, deputatların maaşlarının artırılması çox yaxşı bir haldır. Deputatların missiyası əlbəttə ki, adi sıravi pedaqoqdan daha böyükdür. Deputatların parlamentdə xalqın səsi olaraq nələrisə aidiyyatı şəxslərə çatdırmaq üçün maddi imkanları olmalıdır. Əgər, yoxdursa, keçmişdə olduğu kimi deputat öz maliyyə strukturunu yaratmalıdır. Bu hallar baş verməsin deyə deputatların məvaciblərinin artırılmasına normal baxılmalıdır. Amma digər bir tərəfdən əlbəttə deputatların maaşı bir-birdən artırıldıqda xalqı da düşünməlidirlər. Deputatların maaşlarının qaldırılması məsələsi bu qədər şişirdilməməlidir. Düşünürəm ki, deputatlara fond ayrıla bilərdi. Bütün deputatlar aidiyyatı bölgələrdə öz nümayəndələrini saxlamaq üçün bu puldan istifadə edə bilərlər”.

Arzu Qurbanlı –https://sia.az/az/news/social/963926.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir