“Turizm əyləncə sektorunun ən üzdə olan variantıdır” – VCA və YYSİB sədri Aydın Xan Əbilov

“Turizm xüsusən də xarici, beynəlxalq turizm kreativ sənayenin çox inkişaf etmiş bir qolu olaraq son illər dünyada sürətlə inkişaf edir. Pandemiya və Ukrayna-Rusiya müharibəsi beynəlxalq turizmə böyük zərbələr vursa da bərpaedici proseslərin şahidi oluruq və turizm sürətlə inkişaf edir”. Bu fikirləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, bizim turizm və səyyahlıq, kreativ bizneslə bağlı fikirlərimizdə müəyyən problemlər var: “Biz yenə də sovet təfəkkürü ilə düşünürük ki, ölkəyə hansısa turist gəlirsə mütləq muzeylərə getməlidir, milli-mənəvi dəyərlərlə tanış olunmalıdır. Əslində bu düşüncə absurddur. Çünki turizm əyləncə sektorunun ən üzdə olan variantıdır. Turizmin müxtəlif istiqamətləri var. Mədəni turizm, ekoloji turizm, mətbəx turizmi kimi növləri də var. Amma bu heç də o demək deyil ki, turistlər geyindikləri ölkələrin milli-mədəni dəyərlərini bilməlidirlər. Biz bu düşüncə ilə turizmə münasibət sərgiləsək Azərbaycana turist axını baş verməz. Bu turistlərin özlərinin seçimidir. Onlar getdikləri ölkələrdə nələri öyrənmək istədiklərinə özləri qərar verirlər. Turistlərə milli-mənəvi dəyərlərimizlə tanışmaq üçün maraqlı formatlar hazırlamalıyıq. Misal üçün demək olar ki, turistlər ehramlara görə Misirə səyahət edirlər. Yaxud da İtaliyadakı sənət əsərlərinə görə turistlər onları seçirlər. Düşünürəm ki, turistlərə mənəvi dəyərləri təbliğ etmək yox, mənəvi dəyərlərə tanışlıq imkanları verilməlidir. Qobustanda, Xalça muzeyində, Şirvanşahlar sarayında turistlər üçün maraqlı şərait yaradılmalıdır”.

Abutel İlhamqızı, https://sia.az/az/news/social/963380.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir