İstedadlı yazıçı, tanınmış ziyalı Tofiq Xəzər (Babayev) dünyasini dəyişdi…

Bu haqda yazıcı-kulturoloq Aydın Xan Əbilov öz sosial şəbəkə hesablarında xəbər paylaşıb. Onu təqdim edirik.

Yazıçı Tofiq Xəzər (Babayev) dünyamızla vidalaşdi…

İstedalı nasir, AYB üzvü, Prezident təqaüdcüsü, savadlı mütaliəçi və gözəl insan, çağdaş Azərbaycan ədəbiyyatında bir ilk olan 16 cildlik “Bərdədən görünən dünya” adlı roman-epopeyanın müəllifi Tofiq Xəzər uzun xəstəlikdən sonra dünyasını dəyişib.


Tofiq müəllim məhsuldar naşir, mürəkkəb xarakterli, ziyalı təbiətli, ona tapşırılan vəzifələrdə peşəkar və uğur qazanan şəxslərdən idi. Vəzifədə ola-ola xalq hərəkatına dəstək verən bu dəyərli insan millətin dəyərli övladlarından idi.
Biz, Tofiq müəllimlə bir müddət yaradıcı münasibətdə olmuşuq: kitablarını elektronlasdıraraq kitabxana.net portalında və sonralar yaratdığımız onun fərdi saytında yerləsdirmisdik.
Daha sonra onun haqqında bir sənədli film də çəkmişdik…

Kitabları:
https://www.kitabxana.net/author.php?author=809

Sənədli-bədii film:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir