ABŞ Pezidenti D.Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İ.Əliyev arasında mühüm telefon danışıği baş tutub

Avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.

“1news.az”a istinadən xəbər verir ki, zəng Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünə təsadüf edib.

Məlumata görə, liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib.

Prezidentin Mətbuat Xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton sammitindən sonrakı bir ilin yekunlarını, Azərbaycan və Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.

Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə xələl gətirə biləcək heç bir insident baş verməyib.

Tərəflər, həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.

Dövlət başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.

***

İlham Əliyev Donald Trampla danışdı

ilham-eliyev-donald-trampla-danisdi

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.

Dövlət başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib.

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib.

Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.

Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.

Dövlət başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir