Rusiya Federasiyası Dövlət Dumasında ARHD.AZ İnformasiya Agentliyi görüş keçirdi
Rusiya Federasiyası Dövlət Duması-nda keçirilən görüş zamanı ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov və Azərbaycan Respublikası Baş Prokurorluğunun Polkovniki, Kembrinc Universitetinin doktorantı Məmməd Əliyev diqqətçəkən fikirlər səsləndiriblər.
Görüş çərçivəsində İsmayıl Zalov bildirib ki, Rusiya Federasiyası vətəndaşlarına Azərbaycan Respublikası ərazisində hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərilir. O vurğulayıb ki, Azərbaycan dövləti öz humanist və tolerant dəyərləri ilə yalnız regionda deyil, bütün dünyada nümunə kimi qəbul olunur.
Zalov qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri – müsəlmanlar, xristianlar, yəhudilər və digər icmalar tam sərbəst şəkildə fəaliyyət göstərir, ibadət ocaqları dövlət tərəfindən qorunur, bərpa olunur və daim diqqət mərkəzində saxlanılır. Bu isə təkcə qanunvericilikdə əks olunan prinsip deyil, real həyatda yaşayan bir həqiqətdir.
O əlavə edib ki, Azərbaycanda tolerantlıq yalnız dövlət siyasəti deyil, həm də xalqın mənəvi dəyərinə çevrilmişdir. Əsrlər boyu müxtəlif millətlər və dinlər bu torpaqda qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamışdır.
İsmayıl Zalov xüsusi olaraq vurğulayıb ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə çıxış edən Məmməd Əliyev də bildirərək qeyd edib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda Rusiya Federasiyası vətəndaşlarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların hüquqlarının qorunması prioritet istiqamətlərdən biridir.
O vurğulayıb ki, hüquqi münasibətlərdə şəffaflıq, ədalət və operativlik prinsipləri əsas götürülür və bu yanaşma beynəlxalq əməkdaşlıq mühitinin daha da güclənməsinə xidmət edir. Məmməd Əliyev əlavə edib ki, Azərbaycan hüquq sistemi insan hüquq və azadlıqlarının təmin olunmasına yönəlmiş müasir və dinamik mexanizmlərlə inkişaf edir.
Sonda qeyd olunub ki, Azərbaycanın tolerantlıq və hüquqi dövlət modeli beynəlxalq aləmdə böyük maraq doğurur və bir çox ölkələr üçün nümunə kimi qəbul edilir. Bu modelin əsasında insan amili, ədalət və humanizm prinsipləri dayanır və bu dəyərlər dövlət siyasətinin dəyişməz prioritetləri olaraq qalır.

