Qanunsuz ov və təbiətə insan müdaxiləsi.QHT sədri, ekoloq İradə Həsənova yazır


Müasir dövrdə ətraf mühitin qorunması və bioloji müxtəlifliyin saxlanması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin buna baxmayaraq, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunsuz ov və təbiətə müdaxilə halları ekosistemlərə mənfi təsir göstərən aktual problemlərdən biri olaraq qalır. Bu hallar təkcə ayrı-ayrı heyvan növlərinin azalmasına deyil, bütövlükdə təbii tarazlığın pozulmasına səbəb olur.
Qanunsuz ov dedikdə ov qaydalarının pozulması, qadağan olunmuş ərazilərdə ovlanma, ov mövsümündən kənar ov fəaliyyəti və nadir heyvan növlərinin tutulması nəzərdə tutulur. Xüsusilə nəsli kəsilmək təhlükəsi altında olan növlərin ovlanması ekoloji baxımdan ciddi risk yaradır. Bu cür fəaliyyət nəticəsində bəzi heyvan növlərinin sayı sürətlə azalır, qida zənciri pozulur, biomüxtəliflik zəifləyir və ekosistemlərin dayanıqlığı azalır. Nəticədə isə təbiətin özünü bərpa etmə qabiliyyəti azalır.
Azərbaycanda qanunsuz ov halları əsasən dağlıq və meşəlik ərazilərdə, həmçinin su hövzələrində müşahidə olunur. Xüsusilə köçəri quşların ovlanması və nadir balıq növlərinin tutulması kimi hallar zaman-zaman qeydə alınır.Bəzi hallarda ov mövsümündən kənar ov edilir,xüsusi mühafizə olunan ərazilərdə qanunsuz fəaliyyət aparılır, “Qırmizi kitab” a daxil olan növlər ovlanır və Xəzər dənizində qanunsuz balıq ovu həyata keçirilir.Bu hallarda fauna deyil, həm də su və torpaq ekosistemlərinə mənfi təsir göstərir.

Qanunsuz ovla yanaşı təbiətə müdaxilə bəzi istiqamətlərdə də özünü göstərir. Məsələn, qanunsuz ağac kəsimi, nadir bitki növlərinin toplanması, qoruq ərazilərində qanunsuz fəaliyyət və tullantıların təbiətə atılması.Bu müdaxilələr uzunmüddətli prespektivdə torpaq eroziyasına, su ehtiyatlarının azalmasına və iqlimə təsirlərin artmasına səbəb ola bilər.
Rəsmi məlumatlara görə ölkədə hər il qanunsuz balıq ovu ilə bağlı yüzlərlə fakt qeydə alınıb. Məsələn, aparılan manitorinqlər zamanı bir neçə ildə müxtəlif reydlər nəticəsində yüzlərlə patron və qanunsuz ovlanmış heyvanların müsadirə edildiyi və çoxsaylı şəxsləri məsuliyyətə cəlb edildimişdir.
Qanunsuz ov və təbiətə müdaxilə hallarının yaranmasına təsir edən əsas amillər ekoloji maarifləndirmənin yetərli olmaması, bəzi bölgələrdə nəzarətin zəifliyi, iqtisadi maraqlar və gəlir məqsədi,qanunvericiliyin tələblərinə əməl edilməməsi və ekoloji məsuliyyət hissinin zəif olması. Bu faktorlar birgə şəkildə problemin davamlı xarakter almasına səbəb olur.
Qanunsuz ov halları genişmiqyaslı kütləvi prose kimi görünməsə də, sistemli şəkildə davam edən və ciddi ekoloji risk yaradan problemlırdən biri hesab olunur. Belə problemlərin aradan qaldırılması üçün ictimai nəzarətin artırılması, ekoloji təhsilin gücləndirilməsi, yerli icmaların mühafizə prosesinə cəlb edilməsi, cərmə və inzibati tədbirlərin sərtləşdirilməsi və alternativ məşğulluq imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması bu istiqamətdə mühüm rol oynayır.
Qanunsuz ov və təbiətə müdaxilə halları bioloji müxtəlifliyin qorunması baxımından ciddi təhlükə yaradır. Bu cür problemin aradan qaldırılması yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin bütün üzvülərinin birgə səylərini tələb edir. Təbiətin qorunması hər bir insanın məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addım gələcək nəsillərin sağlam mühitdə yaşamasına xidmət edir.

İradə Həsənova

“Səma və Eko” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri,

Ekoloq, TV-ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir