YYSİB Lənkəran səhərində Heydər Əliyevin əbədi mirası ilə bağlı tədbir keçirdi

Ümummilli Lider Heydər Əliyev: Əbədi Miras – layihə və toplu təqdimatı

26 fevral tarixində Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihə çərçivəsində nəşr olunan “Heydər Əliyev. Əbədi Miras” adlı toplu və layihə təqdimatı Lənkəran şəhəri 3 saylı tam orta məktəbində keçirilib.


Tədbirdə məktəbin direktoru İlkin Yaqubov açdı qonaqları salamladı, Cənub bölgəsində, bütün Azərbaycanda olduğu kimi Ulu Öndər irsinə xüsusi diqqət və sevgi olduğunu vurğuladı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cənub Təhsil İdarəsinin məsul əməkdaşı Cəmil Axundzadə öz çıxışında Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının xüsusi əhəmiyyətini göstərdi.

ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, layihə rəhbəri www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov layihə və kitab haqqında geniş məlumatlar verdi.

Qurumun rəsmiləri – ictimai fəallar Hacı Məhəmməd Məmmədov, Ceyhun Süleymanov, Nizami Sıxcanov və Ayxan Hidayət iştirak və çıxış ediblər. Natiqlər mövzu və layihənin aktuallığını xüsusi vurğulayıblar.

Kitabdan ümumi olaraq 60 ədəd, o cümlədən 30 nüsxə 26 fevral 2026-cı il tarixində Lənkəran şəhəri Həzi Aslanov adına 3 saylı tam orta məktəbdə keçirilən təqdimat mərasimi zamanı qonaqlara və iştirakçılara paylanmış, eyni zamanda, 30 nüsxə məktəbin kitabxanasına bağışlanıb.

Eləcə də məktəb kitabxanasına 100 ədəd müxtəlif adda yeni kitablar hədiyyə edilib.

Sonda xatirə fotoları çəkilib.

Ceyhun Süleymanov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir