Vəhdət Partiyası Qobustanda təşkilatlanmanı gücləndirir: partiyada güclü yenilənmə gedir

Vəhdət Partiyasının Qobustan rayon təşkilatının konfransı keçirilib.

IMG-20260311-WA0006

Konfransda partiyanın MNTK nümayəndəsi Habil Hümbətov, Təşkilati Məsələlər üzrə rəhbər Zahir İbrahimli, partiyanın Sumqayıt şəhər təşkilatının sədri, Siyasi Şuranın üzvü Vasif Əfəndi, partiyanın Nərimanov rayon təşkilatının sədri Rauf Quliyev, Təşkilat İşləri Şöbəsinin rəhbəri İlham Şahverdiyev, rayon təşkilatının üzvləri, fəallar və nümayəndələr iştirak ediblər.

Konfransı Vəhdət Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyasi Şuranın üzvü, politoloq Vasif Əfəndi açaraq partiyanın yerli strukturlarının fəaliyyəti, qarşıda duran vəzifələr, eləcə də təşkilati məsələlər barədə geniş məruzə ilə çıxış edib.

Sonra Siyasi Şuranın üzvü, politoloq Vasif Əfəndi çıxış üçün sözü partiyanın Təşkilati Məsələlər üzrə rəhbər Zahir İbrahimliyə verib.

Zahir İbrahimli çıxış zamanı rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulayıb.

Konfransın əsas gündəm məsələlərindən biri Qobustan rayon təşkilatına yeni sədrin seçilməsi olub.

Açıq və şəffaf şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən Gərayev Əmirşah Əlirza oğlu Vəhdət Partiyasının Qobustan rayon təşkilatının sədri seçilib.

Yeni seçilmiş sədr çıxışında ona göstərilən etimada görə təşəkkürünü bildirib, partiyanın rayon səviyyəsində fəaliyyətinin daha da gücləndirilməsi, ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Konfransda həmçinin partiyanın ali idarəetmə orqanı olan Baş Məclisə nümayəndələrin seçilməsi məsələsinə də baxılıb.

Qəbul olunan qərara əsasən Gərayev Əmirşah Əlirza oğlu və Gərayev Ceyhun Baş Məclisə nümayəndə seçiliblər.

Tədbir çərçivəsində Niftəliyev Vüsal, Gərayev Məsud və Cəbrayılov Əlikram Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri seçiliblər.

Konfrans iştirakçıları çıxışlarında Vəhdət Partiyasının regionlarda təşkilatlanmasının vacibliyini, gənclərin və fəal üzvlərin partiya fəaliyyətinə daha geniş cəlb olunmasının əhəmiyyətini xüsusi qeyd ediblər.

IMG-20260311-WA0002
IMG-20260311-WA0003
IMG-20260311-WA0004
IMG-20260311-WA0005

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir