Bayram şənlikləri: Vəhdət Partiyası və “Son söz” qəzeti/saytı əngəlli uşaqları sevindirdi. Video

Ramazan və Novruz bayramları ilə əlaqədar Azərbaycanda müxtəlif tədbir və şənlik məclisləri təskil olunur. Onlardan biri də – inklüziv bayram şənliyini Vəhdət Partiyası və “Son söz” qəzeti/saytı təşkil etmişdi.

Dünya TV-nin redaktoru və aparıcı əməkdaşı Könul Həbibqızının aparıcısı olduğu tədbir əsl bayram şənliyinə çevrilib.

İncəsənət ustaları əlil və əngəlli uşaqlar sevindirildi.

Tədbirdən hazırlanmış genis videomaterial yuxarıda təqdim edilir.

Tədbirdə Vəhdət Partiyasınin sədri, tanınmış ictimai-siyasi xadim, yazıçı-alim Adəm İsmayıl Bakuvi təbrik nitqi ilə cıxış edib. VP sədri Azərbaycan xalqını hər iki müqəddəs bayram münasibəti ilə təbrik edib.

“Son söz” qəzetinin və saytının baş redaktoru Natəvan Arifqızı uşaqların simasında xalqımıza bayram təbriklərini çatdırıb.

Ceyhun Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir