YYSİB və VP Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib – fotolar

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi ( #YYSİB ) tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Lənkəran şəhərində anılıb.

YeniMedia.net portalı xəbər verir ki, Lənkəranda yerləşən Xocalı Soyqırımı Abidəsini ictimai və mədəniyyət xadimi, YYSİB sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, eləcə də qurumun rəsmiləri-ictimai xadimlər Hacı Məhəmməd Məmmədov, Ceyhun Süleymanov, Nizami Sıxcanov və Ayxan Hidayət, eləcə də Vəhdət Partiyası rəsmi numayəndələri ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Belə ki, abidə önünə gül dəstələri düzülüb, soyqırımı zamanı həyatını itirən günahsız insanların ruhuna dualar oxunub. Ziyarət edənlər qeyd ediblər ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış tarixdir və vurğulayıblar ki, Xocalı qurbanlarının xatirəsinin yaşadılması həm milli yaddaşın qorunması, həm də beynəlxalq ictimaiyyətin bu faciə haqqında daha geniş məlumatlandırılması istiqamətində davamlı fəaliyyət tələb edir.

Allah rəhmət eləsin!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir