Lənkəranın tanınmış adamları: Sərhad Məmmədov. Leyla Məcidova yazır

Gərmətükdə bir küçə Sərhad Məmmədovun adını daşıyır. Bu küçənin nəbzi gecə gündüz döyünür, xüsusilə səhər açılan kimi həm piadaların , həm də maşınların hərəkəti başlanır. Təbii ki, bu küçədən keçən hər kəs Lənkəranda öz ziyalı mövqeyi ilə seçilən , müxtəlif məsul vəzifələrdə çalışıb dövlətə sədaqət nümunəsi göstərən , rayonun eləcədə həyata göz açdığı qəsəbənin sosial iqtisadi inkişafına öz töhfəsini verən el ağsaqqalı Sərhad Məmmədovu minnətdarlıqla xatırlayır. Bu da heç də təsadüfi deyil. Çünki qəsəbədə böyükdən kiçiyə qədər hamı nəinki onun keçdiyi həyat yolu barədə məlumatlıdır, həm də həyat və əmək fəaliyyətini özünə örnək sayır.
Sərhad Əsəd oğlu Məmmədovun həyat yolu Gərmətük qəsəbəsindən başlanıb. Onun doğulub boya başa çatdığı qəsəbə Azərbaycan elminə , mədəniyyətinə, hərbi sənətinə, habelə Lənkəran rayon rəhbərliyinə böyük simalar bəxş edib. Sərhad Məmmədov respublikada tanınmış ziyalılarımızdandır. O zəhmətkeş, çörəyini əllərinin qabarı ilə qazanan bir ailədə həyata göz açsasda , sonralar valideynlərinin halal əməyini itirməyib , onlara layiqli övlad olub. Gərmətük kənd orta məktəbini bitirdikdən sonra sənədlərini Azərbaycan Xalq təsərüfatı İnstitutunun (indiki İqtisad Universiteti) iqtisad fakültəsinə təqdim edib, qəbul imtahanlarını müvəffəqiyətlə verərək ali məktəbə daxil olub. Tələbəlik illəri sürətlə ötüb keçəndən sonra. Onunla iqtisad fakültəsində oxuyan tələbə yoldaşları sonralar respöublikanın bir çox rayonlarında, habelə Bakının özündə rəhbər vəzifələrə irəli çəkildilər.
Sərhad Məmmədov isə təyinatla doğma Lənkərana gəldi.Gərmətük qəsəbəsindəki Həzi Aslanov adına sovxoza baş iqtisadçı vəzifəsinə təyin edildi .Bir müddət bu vəzifədə çalışdıqdan sonra sovxozun kommunistləri etimad göstərərək onu sovxoz partiya komitəsinin katibi seçdilər.Bu vəzifədə çalışarkən Sərhad Məmmədovun təşkilatçılıq bacarığı və idarəetmə səriştəsi üzə çıxdı.Komunistlərin qüvvəsini səfərbərliyə alaraq, Həzi Aslanov adına sovxozda tərəvəz , çay və heyvandarlıq məhsullarının istehsalı xeyli artdı, təsərrüfatın sosial-iqtisadi inkişafına yeni təkan vedi.
Sərhad Məmmədov ötən əsrin 70-ci illərində parlayan şəxsiyyət idi.O vaxt Ümummilli Lider Heydər Əliyev Respublika Partiya Təşkilatına rəhbərlik edirdi.O, dəfələrlə Lənkəranda olmuşdu.Ulu Öndərin Lənkəranda Yuxarı Xanbulançay dəryaçasının açılışında şəxsən iştirak etməsi və parlaq nitq söyləməsi rayonun əməkçilərini yeni əmək qələbələrinə ruhlandırırdı.Xanbulançay dəryaçası Ümumittifaq tərəvəz bostanı olan Lənkəranda tərəvəz və çay istehsalını rekord həddə çatdırdı.Dövlət planlarını artıqlaması ilə yerinə yetirən Lənkərana dəfələrlə Sov.İKPMK-nın , SSRİ Nazirlər Sovetinin UİLKGİ-MK-nın və Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının keçici qırmızı bayraqlarına və pul mükafatlarına layiq görülüb.Ayrı-ayrı əmək qabaqcılarının –briqadirlərin, tərəvəzçilərin , çaybecərənlərin zəhməti isə minik maşınları, müxtəlif hədiyyələr və pulla mükafatlandırılıb.
Sərhad Məmmədovun əmək fəaliyyətinin parlaq dövrü məhz İsa Əli oğlu Məmmədovun Azərbaycan KPMK-Lənkəran şəhər Komitəsinin birinci karibi vəzifəsində çalışması ilə eyni vaxta təsadüf edilib.İsa Məmmədovun rəhbərlik etdiyi Lənkəran şəhər Partiya Komitəsinin məqsədyönlü fəaliyyəti sayəsində Subtropik diyarı Ümumittifaq tərəvəz bostanına çevrildi.Rayonda kənd təsərrüfatının bütün sahələrində dövlət planları ən yüksək səviyyədə yerinə yetirildi, xüsusilə tərəvəz və çay istehsalı rekord həddə çatdı .Eyni zamanda Lənkəran Respublika üçün kadr mərkəzinə çevrildi.İsa Məmmədov təşkilatçı , idarəetmə bacarığı olan ziyalıları seçib rayonda rəhbər vəzifələrə təyin etməyə xüsusi diqqət yetirirdi.Sonralar hətta belə kadrlar respublikanın ayrı-ayrı rayonlarında rəhbər vəzifələrə təyin edildilər.
Təbii ki, onlardan biri də Sərhad Məmmədov idi.O, əvvəl Lənkəran Rayon Xalq Nəzarəti Komitəsinin sədri, sonra Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkildi.Sərhad müəllim o vaxt Lənkəranda olan Heydər Əliyevlə görüşünü belə xatırladırdı.”Heydər Əliyev Xabulançay dəryaçasının açılışından sonra Lənkəran şəhər Partiya komitəsində rayonun ictimai-siyasi fəalları ilə görüş keçirdi.O görüşdə mən də çıxış etdim.Ulu Öndər əlimdəki siyahını görüb dedi:-Əlindəki nədir?.Dedim:- Əmək qabaqcıqlarının siyahısıdır, onlara müxtəlif hədiyyələr,pul mükafatı yazmışıq.Siyahını alıb əvvəldən axıra qədər diqqətlə nəzərdən keçirdi.Dedi ki, siyahıda cəmi bir nəfərə minik maşını yazılıb, çox azdır, pul mükafatlarının məbləğini də artırın.Bilirsiniz zəhmətkeşin haqqını kəsmək olmaz.Nəzərə alın ki, onlar qışın sazağında , yayın bürküsündə tarlada olublar.
Doğrusu Ulu öndərin tövsiyyəsi mənə böyük təsir etdi.Gərək , geniş bir ürək sahibi olasan ki, hər kəsin əməyinə layiq olduğu qiyməti verə biləsən…”
Sərhad Məmmədova Lənkəran XDS İcraiyyə Komitəsinin sədri vəzifəsindən sonra daha böyük etimad göstərildi.O, yardımlı Rayon Partiya Komitəsinin birinci katibi Vəzifəsinə təyin edildi .İşlədiyi müddət ərzində bu rəhbər vəzifədə özünü layiqincə doğrultdu.Yardımlı sakinləri Sərhad müəllimin gəlişi ilə rayon əhalisi,yeni ab havanı dərhal hiss etdilər.Axı, Sərhad müəllim kabinet adamı deyildi.Onun otağı sakinlərin üzünə açıq idi.Ən başlıcası rayonun bütün kəndlərində yerli sakinlərə görüşlərə xüsusi əhəmiyyət verirdi.Bu görüşlər işgüzar xarakter daşıyırdı.Rayon mərkəzinə gələ bilməyənlər məhz bu görüşlərdə problemlərini , təkliflərini birinci katiblə bölüşür və çox vaxt problemlərin yerindəcə həll olunması imkanı əldə edirdilər.Sərhad Məmmədov təqaüd yaşında da fəaliyyətsiz deyildi.O, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini kimi səmərəli iş aparırdı.
O, Lənkəran Dövlət Universitetində tez-tez olur gənc tələbələrə keçdiyi ömür yolundan, dövlətə bağlılığından bəhs edirdi.Onlara daim diqqətlli olmağı, vətənini sevməyi tövsiyə edirdi.
Sərhad müəllim bəlkə yeganə insan idi ki , mobil telefon işlətməzdi, sevdiyi, hörmət bəslədiyi insanları həmişə ilk olaraq ev telefonundan bayramlarda axtarır, təbrik edirdı.
Lənkəran Dövlət Universitetində təşkil etdiyim “Tarix “muzeyinə həmişə gəlirdi, Yardımlı rayonunda onun dövründə aparılan arxeoloji qazıntılarda iştrak etdiyindən, qiymətli təkliflərinə həmişə hörmətlə yanaşırdım.
Sərhad müəllim Sovet dönəmində sevdiyi, seçdiyi həyat yoldaşı Şəfiqə xanımla getdiyi Hindistan, Pakistan səfərlərindən tez-tez bəhs edirdi, söyləyirdi ki,Azərbaycan qədər heç bir dövlətdə qonaqpərvərlik yoxdur.
Sərhad Məmmədov dövlətə sədaqətlə xidmət etdiyi üçün, çalışdığı bütün vəzifələrdə səmərəli fəaliyyətinə görə bir çox orden –medallarla ,o cümlədən Prezident təqaüdünə layiq görülüb.
Hazırda Gərmətük qəsəbə qəbrstanlığında uyuyan Sərhad Məmmədovu təkcə 5 oğlu,1 qızı , nəvələri ,adını daşıyan küçənin sakinləri deyil, bütün qəsəbə, Lənkəran xatırlayır, xatirəsini əziz tutulur.
Allah rəhmət eləsin , ruhu şad , məkanı cənnət olsun inşallah .

Leyla Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru
Dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir