Kimə inanaq, nəyə inanaq, niyə inanaq? Sənubər Səhər yazır

Həyati, dünyəvi bilgilərlə bağlı yeni məlumatlar indiyə qədər olan bilgilərimizin hər birini şübhə altına alır. Yemək, içməkdən tutmuş, bütün yaşam ehtiyacları və dünyəvi məlumatlarla bağlı xəbərlər məşhur alimlərin, siyasətçilərin dediklərinə əsaslansa da, artıq inancımız tükənib.
Müharibələr də artıq tək ətrafımızda deyil, başımızın üstündə, səmada, kainatda, yerin altında, dənizdə də baş verir. Artıq bir çox dərsliklər öyrəntilər də dəyişir. 
 Nə edəcəyimiz, nəyə inanacağımız sual altda olsa da, yenə hər kəs pul qazanmağın yollarını axtarır. Vicdansızlıq, yalan da baş alıb gedir.
Bəlkə bir çox xəbərlər də insanları həyəcan içində yaşatmaq siyasətidir.
Axı bu kimə lazımdır? İnsanlar onsuz da dəyişmir. Yaxşı yaxşılığından, pis də pisliyindən əl çəkmir. 
Həyati, dünyəvi dəyişikliklər iç dünyamızda, ruhumuzda nə kimi təlatüm yaratsa da orada heç nə dəyişmir. Yalnız beynimizdəki biliklər dəyişir, ya da “yırğalanır”, ya da çoxalır…
İnamsız, ümidsiz yaşamağın yolu hələ müəyyənləşməyib. Hamı belə yaşamasa da yol axtaranlar da var…
Məncə, bizi xilas edən ancaq şükürün əlimizdən alınmaması olacaq. Bu da hər kəsə aid olmasa da, məncə məhv olan elə birinci onlar olacaq – var-dövlətləri başlarına bəla olanlar və bir tikə çörəyinə şükür etməyənlər…
Görürsüz –buna inanan var imiş.
Demək, gözəlliyin qabiliyyətin, yaxşılığın, zəhmətin, mənəvi gücün yaşayacağına inam  dünyanın, həyatın bütün ağır imtahanlarından qalibiyyətlə çıxaraq, insanlığı yaşadacaq!

Sənubər Səhər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir