Dünyanı lərzəyə gətirən Epşteyn sənədləri: 14 yaşlı qızlar və daha nələr…

Dünya mediasının gündəmini “Epşteyn sənədləri” zəbt etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın 1991-ci ildə yeniyetmə qızların modellik müsabiqəsində münsif olmasını təsdiqləyən video (https://x.com/MeidasTouch/status/1946314087450964393 ) görüntülərin yayılması ciddi rezonans doğurub. Video Trampın Ceffri Epşteynlə yaxın münasibətlərinin olduğu dövrə təsadüf edir.

Musavat.com xəbər verir ki, yayılan məlumatlardan belə aydın olur ki, müsabiqə 14 yaş və yuxarı qızlar üçün açıq olub.

“The Guardian” qəzetinin illər öncə apardığı araşdırmaya görə, bu yarışma bəzi milyonçular üçün yeniyetmə qızlarla cinsi əlaqə qurmaq məqsədilə istifadə edilən “örtük platforma” funksiyası daşıyıb. Qəzetin 2020-ci ildə yayımladığı geniş araşdırmada keçmiş iştirakçılar və moda sənayesinin daxili mənbələri müsabiqənin təsisçisi Con Kasablankasın və digərlərinin həssas vəziyyətdə olan gənc modellərdən sui-istifadə etdiklərini iddia ediblər.

Bu faktlar fonunda ABŞ Ədliyyə Nazirliyinin mərhum cinsi cinayətkar Ceffri Epşteynlə bağlı milyonlarla yeni sənədi açıqlaması qalmaqalı daha da dərinləşdirib. “Epşteyn sənədləri” təkcə maliyyəçinin şəxsi həyatını deyil, onun dünya elitası ilə qurduğu sıx, sirli və bəzən də rüsvayedici münasibətlər şəbəkəsini ortaya qoyur. Sənədlər Britaniya kral ailəsindən tutmuş ABŞ siyasətinə, qlobal biznes və diplomatik dairələrə qədər uzanan əlaqələri əhatə edir.

Bukinqem Sarayı və “çox şəxsi” yazışmalar

Sənədlərdə Epşteynlə “Hersoq” kimi təqdim olunan şəxsin – bunun York hersoqu Endryu Mauntbatten-Vindzor olduğu ehtimal edilir – Bukinqem Sarayında şam yeməyi ilə bağlı elektron yazışmaları yer alır. Məktublarda görüşün “çox şəxsi” xarakter daşıdığı xüsusi vurğulanır.

Daha qalmaqallı məqam isə Epşteynin 26 yaşlı rus qadını “Hersoq”a təqdim etmək təklifi ilə bağlı yazışmalarıdır. E-poçtların “HRH York Duke KG” imzası ilə bağlanması diqqət çəkir. Maraqlıdır ki, bu yazışmalar Epşteynin yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərini etiraf etməsindən iki il sonra – 2010-cu ilin avqustunda aparılıb.

Bu sənədlər Endryunun Epşteynlə 2010-cu ildə bütün əlaqələri kəsdiyi barədə illərdir səsləndirdiyi iddiaları da şübhə altına alır. Çünki 2011-ci ilin fevralına aid yazışmalar münasibətlərin davam etdiyini göstərir. Qeyd olunur ki, sənədlərdə konkret qanun pozuntusu təsbit edilmir və hersoq bütün ittihamları rədd edir.

Picture background

Şahzadənin fotosu və ictimai rezonans

Sənədlərə əlavə edilən və ABŞ Ədliyyə Nazirliyinin arxivindən təqdim olunan bir foto isə ciddi ictimai rezonans doğurub. Şəkildə Endryu dörd ayaq üstə, naməlum bir qadının üzərində diz çökmüş vəziyyətdə görünür. Sızan materiallar Epşteynlə York hersoginyası Sarah Ferguson arasındakı münasibətləri də üzə çıxarır. 2009-cu ilin aprelində göndərilmiş e-poçtda Ferguson Epşteyni “əziz və nurlu xüsusi dostum Ceffri” adlandırır, onu “əfsanə” kimi təqdim edir və “səninlə fəxr edirəm” yazır. Həmin dövrdə Epşteyn artıq cinsi cinayətlərə görə ev dustaqlığında idi.

Mandelson, bank köçürmələri və səfir qalmaqalı

Sənədlərdə Böyük Britaniyanın keçmiş yüksək vəzifəli siyasətçisi Lord Peter Mandelsonla bağlı maliyyə əməliyyatları da yer alır. Bank qeydlərinə görə, Epşteyn 2003–2004-cü illərdə Mandelsonla əlaqəli hesablara üç dəfə olmaqla ümumilikdə 75 min dollar köçürüb. Mandelson bu ödənişləri xatırlamadığını desə də, e-poçtlar onun Epşteynin mülkünə köçmək istədiyini göstərir.

2024-cü ilin dekabrında ABŞ-dakı Britaniya səfiri təyin olunan Mandelson, Epşteynlə bağlı keçmiş əlaqələrinə görə qısa müddət sonra vəzifədən uzaqlaşdırılıb.

Trampın adı yüzlərlə dəfə çəkilir

Sənədlərdə Donald Trampın adı yüzlərlə dəfə keçir. Tramp Epşteynlə tanış olduğunu etiraf etsə də, onun cinayətlərindən xəbərdar olduğunu və hər hansı iştirakını qəti şəkildə inkar edir. ABŞ Ədliyyə Nazirliyi isə sənədlərdə Trampa qarşı səsləndirilən bir sıra iddiaların əsassız və sensasion xarakter daşıdığını bildirib.

Sızan e-poçtlar texnologiya milyarderi Elon Maskın da Epşteynlə yazışdığını göstərir. Mask 2012-ci ildə Epşteynin adasında “ən dəhşətli əyləncənin” nə vaxt olacağını soruşur, sonrakı yazışmalarda isə səfərin logistik detalları müzakirə edilir. Bununla belə, Maskın adaya faktiki səfər etdiyinə dair heç bir sübut yoxdur. O, bu yazışmaların kontekstdən çıxarılaraq ləkələmə məqsədilə istifadə oluna biləcəyindən narahat olduğunu bildirib.Sənədlərdə Bill Geytslə bağlı yer alan iddialar Microsoft-un qurucusunun nümayəndələri tərəfindən “absurd və tamamilə yalan” adlandırılıb. Qeyd olunur ki, Epşteyn tərəfindən yazıldığı iddia edilən məktubların Geytslə heç bir əlaqəsi yoxdur. Məşhur hüquq müdafiəçisi Qloriya Allred sənədlərdə bəzi qurbanların ad və şəkillərinin açıqlanmasını sərt tənqid edib. Onun sözlərinə görə, redaktələrin bir qismi formal xarakter daşıyıb və şəxslərin kimliyi yenə də müəyyən edilə bilir.

Hər şey açıqlanıbmı?

ABŞ Ədliyyə Nazirliyi sənədlərin açıqlanması prosesinin başa çatdığını bildirsə də, Demokratlar milyonlarla səhifənin hələ də gizlədildiyini iddia edir. ABŞ Konqresində bu mövzu ətrafında yeni siyasi qarşıdurmanın formalaşdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir