ARHD.AZ İnformasiya Agentliyi rəhbərindən sərt çağırış

ARHD.AZ İnformasiya Agentliyi-nin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov media nümayəndələrinə, QHT-lərə və müxtəlif platformalarda özlərini “ekspert” kimi təqdim edən şəxslərə açıq və sərt müraciət ünvanlayıb.

O, xüsusilə dövlət qeydiyyatından keçməyən təşkilatların, saxta psixoloq və jurnalistlərin, hüquqşünas adı ilə fəaliyyət göstərən savadsız şəxslərin, eləcə də televiziya kanallarında heç bir elmi və hüquqi əsas olmadan məsləhətlər verənlərin fəaliyyətini kəskin tənqid edib.

“Ad və titul kifayət deyil”

İsmayıl Zalov bildirib ki, cəmiyyətin etimadını qazanmaq üçün sadəcə ad və titul yetərli deyil:

“Hüquqşünas olmaq üçün diplom, psixoloq olmaq üçün ixtisas, jurnalist olmaq üçün peşə etikası və məsuliyyət lazımdır. Dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərmək, insanlara saxta istiqamət vermək və efirlərdə məsuliyyətsiz fikirlər səsləndirmək hüquqi və mənəvi məsuliyyət yaradır.”

Onun sözlərinə görə, televiziya kanallarında və sosial platformalarda özünü ekspert kimi təqdim edib yanlış hüquqi, psixoloji və ictimai tövsiyələr verən şəxslər cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilər.

“Saxta savad real fəsadlar yaradır”

ARHD.AZ rəhbəri vurğulayıb:

“Saxta savadla verilən məsləhət bir ailəni dağıda, bir gəncin gələcəyini məhv edə, bir vətəndaşı hüquqi problemə sala bilər. Bu məsuliyyəti dərk etmədən efirə çıxmaq, ictimai rəy formalaşdırmaq yolverilməzdir.”

O, media qurumlarını da məsuliyyətli olmağa çağıraraq qeyd edib ki, efirə dəvət olunan hər bir “ekspertin” ixtisası və hüquqi statusu yoxlanılmalıdır.

“Həqiqi xidmət prinsipi”

Sonda İsmayıl Zalov cəmiyyətə və media subyektlərinə belə müraciət edib:

“Gəlin cəmiyyətə həqiqi xidmət edək. Saxta adlar, saxta titullar və saxta məsləhətlərlə yox, real bilik və məsuliyyətlə fəaliyyət göstərək. Dövlətçilik prinsipi və ictimai etimad hər şeydən üstündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir