95 illik ömür yolu: həyatin və sözün zirvəsində – VP sədri Adəm İsmayıl Bakuvi xalq şairi Nəriman Həsənzadəni təbrik edib

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Xalq şairi, sevimli yazıçı Nəriman Həsənzadə ilə görüşərək böyük söz ustadını 95 illik yubileyi münasibətilə təbrik edib.

Görüş zamanı Nəriman müəllimi “poeziyamızın canlı yaddaşı” adlandıran Adəm İsmayıl Bakuvi onun çoxillik yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynadığını vurğulayıb.

Partiya sədri böyük şairə möhkəm cansağlığı, uzun ömür diləyərək və şairin 100 illik yubileyini qeyd etmək arzusunu dilə gətirib: “Arzu edirik ki, sözünüzün nuru, qəlbinizin istiliyi hələ uzun illər ədəbiyyatımıza yol göstərsin. Sizə möhkəm cansağlığı, sakit və işıqlı günlər, sevənlərinizin əhatəsində uzun ömür diləyirik”.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan da iştirak edib, böyük şairin yubileyini və qarşıdan gələn Ramazan bayramını təbrik edib.

Xalq şairi Nəriman Həsənzadə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, ünvanına deyilən səmimi sözləri yüksək qiymətləndirdiyini qeyd edib.

Görüş xoş ovqat və mehriban söhbət şəraitində başa çatıb.

Sonda Adəm İsmayıl Bakuvi özünün “Məhşər divanı: Yalanın 17 adı” kitabını və müqəddəs Qurani-Kərimi yubilyara hədiyyə edib.

Qeyd edək ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadənin 95 yaşı tamam olur.

Bir müddət əvvəl səhhətində yaranmış narahatlığa baxmayaraq, şair hazırda ev şəraitində müalicəsini davam etdirir və yaradıcılıqla bağlı düşüncələrini bölüşməkdədir.

IMG-20260218-WA0004

Tags:

facebook sharing button
twitter sharing button
pinterest sharing button
email sharing button
sms sharing button
whatsapp sharing button
sharethis sharing button

Bizi izləyin

Son Xəbərlər

KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır

19:34 18-02-2026

Digər xəbərlərGeriIrəliFevral 2026

BÇaÇCaCSB
1
2345678
9101112131415
16171819202122
232425262728
  • Paralel.az Tapdıq Abbas ın bloqu.
  • Günün siyasi və sosial hadisələri haqqında şəxsi fikir və mövqelərin paylaşıldığı bir bloqdur. Bu platforma heç bir media qurumu statusu və ya jurnalist hüquqları iddiasında deyil. Sadəcə olaraq, ictimai fəal kimi gündəlik hadisələrə şəxsi münasibətimizi bildirir, bəzən də sosial mediada yayımlanan məlumatlardan istifadə edirik.

 +99450 852-15-15

 paralel _ qazeta@mail.ru / t.abbas1952@list.ru

Top.Mail.Ru

0.0049939155578613

https://www.facebook.com/tr/?id=696704244514313&ev=PageView&dl=https%3A%2F%2Fparalel.az%2Faz%2Farticle%2F570428&ud[external_id]=0dad86139a095f3ec6e8cbef9983309ad185a6d66484c1d3653f4051b4df613a
notification icon

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir