Quraqlıq və su çatışmazlığı riski hansı bölgələrdə daha ciddidir? – QHT sədri İradə Həsənova

Quraqlıq və su çatışmamazlığı XXI əsrin ən ciddi ekoloji və sosial-iqtisadi problemlərindən biri hesab olunur.İqlim dəyişikliyi, əhali artımı, urbanizasiya və təbbi ehtiyatların səmərəsiz idarə olunması bu riski daha da dərinləşdirir”.

Bu sözləri YeniMedia.nət portalina açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illərdə dünyanın müxtəlif regionlarında müşahidə edilən uzunmüddətli quraqlıqlar artıq təkcə ekoljoi deyil, həm də ərzaq təhlükəsizliyi, sosial sabitlik və milli təhlükəsizlik məsələsinə çevrilib: “Yaxın Şərq və Şimali Afrika dünyada adambaşına düşən su ehtiyatlarının ən aşağı olduğu ərazilər sırasındadır. Yağıntının azlığı,yüksək buxarlanma və sürətlə artan əhali su resuslarını kritik həddə çatdırır.Yeraltı suların bərpası mümküm olmayan templərlə istismarı vəziyyəti daha da ağırlaşdırır.

Amurdərya və Sırdərya çaylarından asılı olan ölkələr(Mərkəzi Asiya ) üçün quraqlıq strateji riskdir. Aral dənizinin quruması bölgədə suyun yanlış idarə edilməsinin ağır nəticələrinin bariz nümunəsidir. İqlim dəyişiklikləri Aralıq dənizi hövzəsində yağıntıların azalmasına, istilik dalğalarının artmasına səbəb olur. Bu isə kənd təsərrüfatı və turizm sektorunda ciddi itkilər yaradır.

Cənubi Asiya və Afrika regionlarında quraqlıq birbaşa humanitar böhranlara, miqrasiya dalğalarına və sosial gərginliyə yol açır.Bu isə kənd təsərrüfatının əsasən yağışdan asılı olması riskini daha da artırır.

Qeyd edək ki, məlumatlara görə, dünyanın 17 ölkəsi həddindən artıq su qıtlığı yaşayır. Bunlar sırasıyla: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Çili, San Marino və Belçika kimi ölkələr də su ehtiyatlarının idarə edilməsində və istifadəsində çətinliklərlə üzləşirlər.

Azərbaycanda da quraqlıq riskinə həssas ölkələr sırasındadır. Bunun əsas səbəblərindən biri ölkənin su ehtiyatlarının təxminən 70%-nin transsərhəd çayları hesabına formalaşmasıdır.İqlim dəyişikliyi və qonşu ölkələrdə suyun intensiv istifadəsi ölkə daxilində su balansına birbaşa təsir göstərir.

Azərbaycanda su çatışmamazlığı problemi artıq lokal deyil,strateji xarakter daşıyır. Xüsusilə Aran bölgəsi, Naxçıvan və Abşeron yarmadası bu baxımdan daha həssas zonalar hesab olunur. Vaxtında və məqsədyönlü tədbirlər görülməsə, su qıtlığı sosial-iqtisadi inkişaf üçün ciddi maneyə çevrilə bilər. Davamlı və elmi əsaslara söykənən su siyasəti isə bu risklərin azaldılmasının əsas yoludur.

Su qıtlığı kənd təsərrüfatı məhsuldarlığının azalmasına, əhalinin gəlirlərinin düşməsinə və reqionlar üzrə sosial-iqtisadi bərabərsizliyin artmasına səbəb olur. Bu vəziyyət daxili miqrasiyanı sürətləndirir, ekosistemlərin deqradasiyası isə biomüxtəlifliyə ciddi zərər vurur.

Quraqlıq və su çatışmamazlığı problemi artıq gələcək risk deyil , bu günün reallığıdır.Azərbaycan üçün bu məsələ yalnız ekoloji deyil, həm də strateji inkişaf və təhlekəsizlik məsələsidir.Vaxtında görülən tədbirlər və davamlı su siyasəti ölkənin iqlim risklərinə davamlılığını artırmaqla yanaşı, sosial-iqtisadi sabitliyi də qoruyacaq”.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir