VP sədri Adəm İsmayıl Bakuvi və partiya üzvləri xəstəxanada Xalq artisti Şeyx Əbdül Mahmudovu ziyarət edib

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi və partiya üzvləri xəstəxanada müalicə alan Xalq artisti, tanınmış aktyor və kinorejissor Şeyx Əbdül Mahmudovu ziyarət ediblər.

Onlar dəyərli sənətkarın səhhəti ilə yaxından maraqlanıb, ona tezliklə şəfa tapması, əvvəlki sağlam günlərinə qayıtması üçün ürəkdən xoş arzularını çatdırıblar.
Səmimi atmosferdə keçən görüş zamanı Şeyx Əbdül ilə Adəm İsmayıl Bakuvi arasında 30 ilə yaxın davam edən dostluq münasibətləri ilə bağlı xatirələr bölüşülüb.

Xalq artisti Şeyx Əbdül duyğularını bölüşərək, bu diqqət və dəstəyi yüksək qiymətləndirib, hazırda cəmiyyətimiz üçün vəhdətçilik prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu gün həmrəyliyin çox vacib olduğunu qeyd edərək, hər kəsi qarşılıqlı anlayışa və birliyə, çətin günlərdə bir-birinə dayaq durmağa çağırıb.

Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. 

Xatırladaq ki, aktyor “Qafqazinfo”ya səhhətindən danışıb. 82 yaşlı aktyor bildirib ki, hazırda səhhətindəki problemlərlə bağlı müalicə alır:

“Ötən gün xəstəxanaya yerləşdirildim. Yanaşı gedən xəstəliklərimlə bağlı müalicə alıram. Əslində özümü yaxşı hiss edirdim. Qrip olduqdan sonra məndə boğulma yarandı. Sanki səhhətimdəki bütün problemlər yenidən baş qaldırdı. Səhvim o oldu ki, evdə müalicə etdirdim. Vaxtında xəstəxanaya gəlmədim. İndi mənə yaxşı baxırlar, görək necə oluram…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir