İzmir Ədalət Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşına bəraət verilmişdir
Arhd.az İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalovun hüquqi yardımı ilə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən İzmir Ədalət Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı barəsində açılmış cinayət işi üzrə ədalətli qərar qəbul edilmişdir.
Məhkəmə prosesində Arhd. Az İnformasiya Agentliyinin Türkiyə üzrə rəsmi nümayəndəsi, hüquqşünas Nihad Cəfərov və Agentliyin Rusiya Federasiyası, Sankt-Peterburq üzrə nümayəndəsi Tofiq Məmmədov da iştirak etmişdir. İş üzrə bütün fakt və sübutlar məhkəmə istintaqına və savcılığa təqdim edilmiş, aparılan obyektiv araşdırma nəticəsində təqsirləndirilən şəxsin hüquqları tam şəkildə bərpa olunmuşdur.
İzmir Ədalət Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının vətəndaşı Maxruq xanım barəsində bəraət hökmü çıxarılmış, onun azadlığa buraxılması təmin edilmişdir.
Qeyd olunan məhkəmə işi üzrə qəbul edilmiş qərar Türkiyə Respublikasında hüququn aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin və ədalətli məhkəmə araşdırmasının təmin olunduğunu bir daha nümayiş etdirmişdir.
İsmail Zalov məhkəmə heyətinə işə obyektiv və qanuna uyğun yanaşmaya görə təşəkkürünü bildirmiş, göstərilən diqqətə, insan hüquqlarının müdafiəsinə və qəbul edilən ədalətli qərara görə minnətdarlığını ifadə etmişdir.


