İsmayıl Zalov beynəlxalq hüquq ödülünə layiq görüldü

ARHD.az İnformasiya Agentliyinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq eksperti İsmayıl Zalovun Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Çağlayan Ədalət Sarayında keçirilmiş rəsmi mərasimdə hüququn aliliyi və ədalət prinsiplərinə göstərdiyi töhfələrinə görə “Femida” döş nişanı ilə təltif olunması münasibətilə yüksək hörmət və səmimi təbriklərimizi bildiririk.

Bu nüfuzlu mükafat İsmayıl Zalovun beynəlxalq hüquq sahəsində uzunmüddətli və ardıcıl elmi-praktik fəaliyyətinin, hüquqi maarifləndirmə və ictimai əhəmiyyət daşıyan təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Onun fəaliyyətləri insan hüquqları, hüququn aliliyi və ədalət prinsiplərinin qorunması sahəsində mühüm töhfələr vermişdir.

İsmayıl Zalovun rəhbərlik etdiyi ARHD.az İnformasiya Agentliyi vasitəsilə hüquqi informasiya sahəsində şəffaflıq, obyektivlik və peşəkarlıq prinsiplərinin təşviqi hüquqi dövlət quruculuğu prosesinə mühüm dəstək olmuşdur. Eyni zamanda, onun hüquqi maarifləndirmə və beynəlxalq əməkdaşlıq sahəsində apardığı fəaliyyət regionlararası və beynəlxalq hüquqi dialoqun genişlənməsinə xidmət edir.

Beynəlxalq hüquqi dəyərlərə sadiqliyi, etik prinsiplərə əsaslanan fəaliyyəti və peşəkar müstəqilliyi İsmayıl Zalovun bu ali mükafata layiq görülməsinin əsas səbəblərindən biridir. “Femida” döş nişanı onun hüquq sahəsindəki xidmətlərinin beynəlxalq səviyyədə tanınmasının simvolu olaraq qiymətləndirilir.

Bu münasibətlə, İsmayıl Zalova gələcək fəaliyyətində davamlı uğurlar, yeni elmi nailiyyətlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əhəmiyyətli töhfələr və hüququn aliliyinə xidmət edən məsuliyyətli təşəbbüslərdə uğurlar arzulayırıq.

ARHD.az İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir