Tovuzdakı sifarişli “yanğın”ın və qətnamənin arxasında bazarlıq dayanır” – Məmməd Tağıyevin iddiaları. Video
Tovuz rayonunda yaşyan Məmməd Tağıyev redaksiyaya müraciət edərək ailəsinin başına gətirilən bu ağır dərdin ictimailəşdirilməsini xahiş edərək aidiyyatı qurumlardan kömək istəyir. Çarəsiz duruma düşən ata müraciətində belə deyir.
“Vəliyev Nizami Əli oğlu Əhmədov Vüsal Xəqani oğlu ilə aralarında baş vermiş narazılığa aydınlıq gətirməsi məqsədi ilə rəhmətə gedənin təkidi ilə “Kanfort” çay evinin qabağında görüşürlər. Onları əvvəlcədən bıçaqla silahlanmış Nizami Vəliyev görüş yerində gözləyirdi. Mübahisə davaya keçir.
Dava nəticəsində Əhmədov Vüsal Xəqani oğlunun vurduğu bıçaq zərbəsi nəticəsində 11 iyul 2022-ci il tarixdə saat 21:50-də Nizami Vəliyev vəfat etmişdir. Ölüm hadisəsinin baş verdiyi yerdə oğlum Anar Tağıyev də olmuşdu, lakin zərərçəkmiş şəxs Nizami Vəliyevə heç bir xəsarət yetirməmişdir. Baş vermiş münaqişə, dalaşma nəticəsində Nizami Vəliyev əlində olan bıçaqla oğlum Anar Tağıyevin qolundan xəsarət yetirmişdir. (Bu barədə növbəti yazıda)”-deyə, Tovuz rayon sakini MƏMMƏD Tağıyev müraciət edərək üzləşdiyi dözülməz vəziyyətin araşdırılmasını və aidiyyatı orqanlardan günahkarların cəzalandırlmasını, həmçinin sifarişin arxasında duranların haqqında qanuni tədbirlərin görülməsini xahiş edir.
Ölkə başçısına müraciət edərək bildirir ki, ailəlikcə haqlı ola-ola haqsız duruma onları düşürüblər.
“Zərərçəkən biz olduğumuz halda bizi hədəf seçərək başımıza böyük müsibətlər gətiriblər və yenə də təhdid və hədə altında yaşayırıq. Ədalətin pərpa olunması üçün hər yerə müraciət ünvanlamışam. Bazarın müdiri bu işlərin arxasında durduğu üçün işimiz düyünə düşüb. Bütün hallarda haqlı ola-ola haqsız duruma düşmüşük. Vuran bəlli, ölən bəlli və hadisələrdə kotalizator rolunda oan da məlum. Nədənsə hüquq-mühafizə orqanları işi obyektiv aparmır. Prezidentin köməkçisi Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun da qəbulunda olmuşam. Ailəlikcə ümid edirik ki, işin öhdəsindən gəlsə-gəlsə ancaq cənab Prezident gələ bilər. Onun Ədalətinə və Humanistliyinə güvənib xahiş edirik.”- deyə Məmməd Tağıyev yazır….
FHN-nin istintaq qrupu yanğının qəsdən törədildiyi barədə qərar verir
Ölüm hadisəsindən bir müddət sonara Tağıyevlər ailəsi başqa bir hadisə ilə üzləşir.
“Nizami Vəliyevin ölümünə görə oğlum Anardan şikayətçi olan zərərçəkmiş Nizami Vəliyevin qohumları oğlumdan, məndən qisas almaq məqsədilə Tovuz rayonu, Abulbəyli kəndinin ərazisində yerləşən oğlum Tağıyev Anara məxsus kafe-çayxana binasının içərisində olan əşyalarla birlikdə 07 avqust 2022-ci il tarixdə, gecə saat 04:30 radələrində qəsdən yandırılmaqla məhv etmişlər”-deyə şikayətçi yazır.
Yanğın zamanı rəsmi nəticə isə çox məqamlara aydınlıq gətirir. Məmməd müəllim hadisəni belə ifadə edir:
“Kafe-çayxana binasının yandırılmasına görə 08 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional DYNI tərəfdən “Yanğın haqqında” akt tərtib olunmuş, yoxlama aparılmışdır. Sözü gedən qurum rəsmi olaraq 08.08.2022-ci il tarixli, 01NM-07IBX-311 nömrəli məktubu ilə 07.08.2022-ci il tarixdə, saat 04:30-da Tovuz rayonu, Abdulbəyli kəndində yerləşən Tağıyev Anar Məmməd oğluna məxsus çayxanada yanğının qəsdən törədildiyini bildirilmişdir.
Tağıyev Anara məxsus qeyri-yaşayış sahəsi olan kafe-çayxana binasının, binanın içərisində olan əşyalarla birlikdə qəsdən yandırıldığı təsdiq olunduğundan araşdırma davam etdirilməsi üçün faktlar araşdırılması üçün həmin qurumun Əməliyyat-İstintaq İdarəsinə göndərilmişdir. İdarə tərəfindən aparılan araşdırma ilə kafe-çayxana binasının yanğın hadisəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin tərkib əlamətləri müəyyən olunduğundan 05 sentyabr 2022-ci il tarixdə materialların aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Toplanmış yoxlama materialları qərarla birlikdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
Tovuz rayon prokuroru Maarif Hüseynov tərəfindən toplanmış material üzrə 24 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul olunmuşdur. Cinayət işi üzrə ibtidai araşdırmanın aparılması üçün aidiyyati üzrə Tovuz rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilmişdir”.
Hadisələrin xranalogiyası onu göztərir ki, baş vermiş yanğında şübhəli məqamlar kifayət qədərdir. Yanğının qəsdən törədilməsinin şübhələri və bu hadisədə iştirak edənlərin tapılması üçün və araşdırılması üçün aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına ünvanlayır…..
Kafeni yndırdığını etiraf edən şübhəli 48 saatdan sonra azadlığa burxıldı
Məmməd Tağıyev söhbətinə davam edərək növbəti addımlarından danışır:
“Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin cinayət işi üzrə istintaqın aparılması, cinayət əməli törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri hərəkətlər edilməmiş, cinayət əməli törətmiş şəxslər qəsdən məsuliyyətdən yayındırılmışdır.
Aliyev Əli Rəşad oğlu adında bir nəfəri saxlamışdılar. Əslində bu adamın yanğına aidiyyatı belə yox idi. 48 saat saxlayıb sonra buraxdılar. Verilən məlumata görə tutulan özü etiraf edib ki, mənim ölən Nizamiyə xüsusi rəğbətim olduğuna görə, qisas almaq məqsədi ilə yandırmışam…
İstintaq qurupu həmin adamı hadisə yerinə gətirmişdi, mən də orada idim. Əməliyyat çəkilişi də aparılırdı.
Oğluma məxsus olan kafenin yanmış yerində dayanıb tutulana sual verdim.
-Yanan kafe harada yerləşirdi?
Göstərə bilmədi. Tamamilə başqa əraziləri işarə edirdi. Əslində isə kafe yanan yerdə dayanmışdıq. Bununla da əməliyyat çəkilişi aparan müstəntiqlərin və əməliyyat işçilərinin tutub çəkilş apardıqları şübhəlinin bu işdən xəbəri olmadığı açıq-aydın görünürdü. Bəli, 48 saat saxladıqdan sonra onu da azadlığı buraxdılar və dedilər ki, istintaq gedir. Bununla da yandırılan kafenin üzərində qurulmuş saxta istintaq bütövlükdə ifşa oldu”-deyə Məmməd müəllim ümidsiz halda həyacanla fikirlərini ifadə etdi…
Məmməd Tağıyev müraciətinə bunları da əlavə edib:
“Anar Tağıyevə məxsus kafe-çayxana binası və binanın içərisində olan əşyaları Nizami Vəliyevin ölümündən hiddətlənən qohumu Kənan və Nizaminin dayısı Əvəz yandırmaq, məhv etmək məqsədi ilə sabit cinayətkar qrup halında mütəşəkkil dəstədə birləşərək qəsdən yandırılmışdır.
Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsi tərəfindən cinayət işi üzrə aparılan ibtidai araşdırmanın uzun müddət davam etməsinə baxmayaraq cinayət əməlini törətmiş şəxslər müəyyən olunmamış, cinayət məsuliyyətinə cəlb edilməmişlər….”
Hadisələri belə görən şikayətçi xəbər tutur ki, Baş Prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu mənada qəbula yazılır. Məmməd Tağıyev Kamran Əliyevlə görüşündən söhbət açır:
“Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev Gədəbəy rayonunda şikayətçiləri qəbul edərkən mən onun qəbulunda oldum. Həmin qəbuldan sonra Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevin göstərişi əsasında cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması yeniləndi”.
Bazarkom və adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Subut Mehdiyev
(Ardı var)

