Xaricdə ugur, daxildə diqqət və səbr. Politoloq Cümşüd Nuriyev yazır

Müstəqilliyimiz, ərazi bütövlüyümüz ugrunda canını fəda vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Qanlı günlərimizin birini də yaşadıq. Azadlıq meydanında, Şəhidlər Xiyabanında, Şuşa, Xocalı, bütün Qarabagımızda, işğaldan azad olunan torpaqlarımızın, dagların, qayaların başından şəhid ruhları oranın səmasında pərvazlanarak qalxantək ərazilərimizi daha da alınmaz qalaya çevirir, o torpaqlara müqəddəslik dəyəri bəxş edir, əsgərlərimiz qışın sərt çağında torpaqlarımızı daha möhkəm qoruyur, köçkünlərimiz dogma yurd-yuvalarına qayıdıb, təbiətə yeni nəfəs verirlər.
Şəhidlərimizin qanı hesabına bu gün azad, müstəqil dövlətdə alnı açıq yaşayırıq, yaradırıq. Qarabağımızı yenidən qurur, dünyaya yeni sülh nümunəsi göstəririk. Nailiyyətlərimiz və qələbəmiz misilsizdir. Dünya bizlə hesablaşmaga başlayıb.
Lakin dünyada çox gərgin proseslər gedir. Dünyanın bölüşdürülməsi prosesi start alıb. Güc mərkəzləri zəifləyir, dəyişir, yeni mərkəzlər yaranmaqdadır. Belə bir dövrdə özünü qorumaq və möhkəmlənmək ən mühüm vəzifədir. Tarixi dövrlərin heç birində xalqımız bu qədər həmrəy, ümidli, nikbin olmayıb. Dövlətimiz işləyir və güclənir. Prezidentimiz dövlətimizi təmsil etmək, yeni-yeni sərmayələr cəlb etmək, mövqelərimizi daha da möhkəmlətmək üçün xarici səfərlərdədir. Xarici siyasətimiz dünyada rəğbət qazanır.
Bəs daxildə nə etməliyik?
Unutmamalıyıq ki, ugurlarımız çoxlarını rahat yatmaga qoymur, gözlərinə girir. Belə bir həssas dövrdə daxildən gərginlik yaratmaga, öz ölkələrindəki problemləri bizə transfer etməyə, ictimai-siyasi sabitliyi pozmaga çalışan çoxları ola bilər. Hüquq-mühafizə orqanlarımız həmişə ayaqdadır, yüksək təhlükəsizlik tədbirləri görülür. Lakin bu dövrlərdə hər birimiz də sıravi vətəndaş olaraq baş verənlərin məsuliyyətini dərk edərək, səbrli olmagı, daxili, milli həmrəyliyi və qazandığımız nailiyyətləri qorumagı bacarmalı, sabitliyi mühafizə etməliyik. Sərt qışın da gəlməsini nəzərə alaraq, özümüzü problemlərə hazır etməli, biri-birimizə dəstək olmagı bacarmalıyıq. Əsasən də dövlət icra strukturlarında, kommunal, ictimai-iaişə, ticarət strukturlarında çalışan və ona nəzarət edən məmurlar əhali ilə çox nəzakətlə, anlayışla davranmalı, süni problemlərin yaradılmasına səbəb olmamalı, əhalini narazı salmamalı, problemlərin həllinə həssas yanaşmalı, operativ həll etməli, üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməlidirlər.

Biz həmrəy olanda çox güclüyük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir