ARHD.AZ – Məsuliyyətli jurnalistikanin və hüquqi düsuncənin bir illik yubileyi


Bu gün müasir media məkanında öz dəsti-xətti, obyektiv mövqeyi və peşəkar yanaşması ilə seçilən Arhd.Az saytının fəaliyyətə başlamasından bir il ötür. Qısa zaman ərzində geniş oxucu auditoriyasının rəğbətini qazanan Arhd.Az informasiya sahəsində etibarlı mənbə kimi tanınmağı bacarmışdır.
Arhd.Az saytı yarandığı gündən etibarən hüquqi maarifləndirmə, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması, dövlətçilik maraqlarının qorunması və milli dəyərlərin təbliği istiqamətində ardıcıl və prinsipial fəaliyyət göstərmişdir. Saytın uğurlarında idarə heyətinin peşəkarlığı, məsuliyyəti və fədakar əməyi xüsusi rol oynayır. Hər bir idarə heyəti üzvü bu media platformasının inkişafına öz bilik və təcrübəsi ilə dəyərli töhfələr vermişdir.
Bu uğurlu yolun əsas memarı isə Arhd.Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovdur. İsmayıl müəllim yüksək hüquqi savadı, analitik düşüncəsi və prinsipial mövqeyi ilə həm media, həm də hüquq ictimaiyyətində dərin hörmət qazanmış nüfuzlu ziyalıdır. Onun rəhbərliyi altında Arhd.Az təkcə xəbər saytı deyil, eyni zamanda hüquqi düşüncənin, sağlam ictimai mövqenin və milli maraqlara sədaqətin təcəssümünə çevrilmişdir.
İsmayıl Zalovun beynəlxalq hüquq sahəsindəki zəngin təcrübəsi və elmi fəaliyyəti saytın məzmununa xüsusi dərinlik və etibarlılıq qazandırır. Onun əsas prinsipi – ədalətə, qanuna və dövlətə xidmət – Arhd.Az-ın fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir.
Arhd.Az-ın bir illik fəaliyyəti sübut etdi ki, dürüst söz, obyektiv mövqe və peşəkar yanaşma hər zaman oxucu tərəfindən dəyərləndirilir. Bu bir il əslində daha böyük uğurların başlanğıcıdır.
Bu əlamətdar gün münasibətilə Arhd.Az saytının bütün idarə heyətini, əməkdaşlarını və xüsusilə hörmətli İsmayıl Zalov müəllimi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, fəaliyyətlərində davamlı inkişaf və daha böyük nailiyyətlər arzulayırıq.
Arhd.Az-ın yolu açıq, sözü kəsərli, mövqeyi daim möhkəm olsun!

P.S. YeniMedia.net portalı olaraq İsmayıl Zalov başda olmaqla həmkarlarımızı səmimi-qəlbdqn təbrik edir və kollektivə yeni yaradıcılıq uğurları arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir