Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

YeniMedia.net portalı xəbər verir ki, Prezidentin müraciətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparır

Türk dünyası bu gün bir araya gəlir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda bildirib.

“İnsanlararası təmasların vacib tərkib hissəsi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bu əməkdaşlığın əsasını qoyur və bundan sonrakı fəaliyyət üçün möhkəm zəmin yaradır”,- o qeyd edib.

O əlavə edib ki, TDT çərçivəsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı var:

“34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır”, – deyə Hikmət Hacıyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir