“Su ehtiyatları həm dünyada, həm də Azərbaycanda sürətlə tükənir” – QHT sədri İradə Həsənova

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova saytımıza açıqlamasında qlobal və regional su problemlərinin kritik həddə çatdığını bildirib.

Onun sözlərinə görə, BMT, YUNESKO və digər beynəlxalq qurumların son hesabatları suya tələbatın hər il artdığını, şirin su ehtiyatları isə azalmaqda olduğunu göstərir.

“Su yaşamaq üçün ən əsas ehtiyaclarımızdan biridir. Dünyanın bir çox yerlərində insanlar içmək və ya yemək bişirmək üçün sudan məhrumdurlar. Təbiətdə çoxlu evlər daşqınlar nəticəsində dağılır. Başqa sözlə, qlobal balans hazırda olması lazım olduğundan çox fərqli işləyir. Afrika ölkələrinin uzun illərdir mübarizə apardığı su qıtlığı indi Yaxın Şərq ölkələrində də yaşanır. Bu arada elə ölkələr var ki, orada yaxın gələcəkdə su qıtlığı gözlənilir. Buna görə də bütün dünyada su problemləri və həlli yolları araşdırılır. Su qıtlığının bir çox səbəbi var və bunun nəticələri bütün dünya tərəfindən narahatlıqla izlənilir.”

QHT sədri bildirib ki, su qıtlığının nə olduğu və bunun nədən qaynaqlandığı sualı bir çox ölkələr və fərdlər üçün aktual mövzudur:

“Hazırda 80 ölkə su çatışmazlığından əziyyət çəkir. Dünyanın 70%-nin su ilə örtülməsi çoxlarının su qıtlığı məsələsini lazımınca qiymətləndirməməsinə səbəb olur. Bununla belə, insanlar və heyvanlar üçün mövcud olan şirin suyun miqdarı bu 70%-in yalnız 2,5%-ni təşkil edir. İqlim dəyişikliyi ilə əlaqədar artan temperatur özü ilə birlikdə quraqlıqları da gətirir. Qlobal su sistemi quraqlıq təhlükəsi ilə üz-üzədir. İstixana qazları emissiyaları bütün dünyada temperaturun artmasına səbəb olur. Bu, artıq qurumuş ərazilərin daha da qurumasına səbəb olur və hazırda quraqlıq yaşamayan ərazilərin tədricən qurumasına gətirib çıxarır”.

Ardı var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir