Azərbaycan Zəfəri: Bütöv Vətən, Milli Bayraq, Prezident, Xalq, Silahlı Qüvvələr, tarixi vəhdət

Ölkəmizdə dünən Zəfər Bayramı, bu gün isə Dövlət Bayrağı Günüdür: vahidliyimizin simvolu olan milli sərvətlərimizdir bunlar. Bu gün bayrağımız bütün Azərbaycan ərazisində dalğalanır və bizim hər birimizin fəxr ucalığımızdir.

Dünən – 8 noyabr tarixində Azadlıq Meydanında Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Paradda Azərbaycan ordusunun minlərlə üzvünün iştirakı ilə müxtəlif hərbi texnikalar nümayiş etdirildi. Xüsusən son illər hərbi texnikanın yenilənməsi, yeni texnologiyalardan istifadə həm say, həm də keyfiyyət baxımından Azərbaycan hərbi birləşmələrini regionun lider ordusuna çevirildiyinin göstəricisidir.
Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan ordusunda xüsusi təyinatlıların sayı, təxminən, 2000 nəfər olduğu halda, 2025-ci il təkcə paradda 4000 XTQ üzvü iştirak edirdi. Hansı ki, bu say həmin qüvvələrin indiki sayının yalnızca kiçik bir hissəsidir.

Bu cür faktlar bir daha subüt edir ki, Azərbaycan Ordusu regionda sülhü yaradan və təmin edən qüvvədir. Artıq heç bir ölkə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməz, bu kimi absurd düşüncələrə qapıla bilməz.

Ali Baş Komandan, Prezident İlham Əliyevin də paradda bildirdiyi kimi, paytaxtımızda çay içmək arzusunda olan erməni separatçıları indi həqiqətən də Bakıda çay içirlər, amma olmalı olduqları yerdə – həbsxanada. Onların Azərbaycana qarşı istifadə etdikləri hərbi texnikalar isə Hərbi Qənimətlər Parkında sərgilənir.

Bu gün dünyada bir sıra müharibə ocaqları hələ də qalmaqda davam edir. Amma Azərbaycan bu ocağı 44 gün ərzində öz gücü hesabına sülh məkanına çevirə bildi. Azərbaycanda separatçılığa son mismar Xankəndidə vuruldu.

Paradda Türkiyə və Pakistan dövlətlərinin rəhbərlərinin iştirakı, onların Azərbaycana həm Vətən Müharibəsi dövründə, həm də ondan sonrakı dövrlərdə siyasi və mənəvi dəstəyi də azərbaycanlılar üçün heç vaxt unudulmayacaq bir hadisədir. Bundan irəli gəlir ki, parad zamanı azərbaycalılar öz əllərində Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqlarını da daşıyırdılar. Bu həm də bizim vəfa borcumuz kimi qeyd edilə bilər.

Xalqımız, dünya Azərbaycanlıları, hər birimiz Azərbaycanın ordusu ilə fəxr edir, hər zaman ordumuzun yanındayıq.

Paradda nümayiş etdirilən hərbi texnikalar, silah sistemləri və aviasiya vəsitələri haqqında məlumatı özündə ehtiva edən videonu təqdim edirik…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib.

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradla bağlı paylaşım edib VİDEO

https://video.azertag.az/site/video/281427


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir